Camaat namazında diqqət olunası 10 müstəhəb əməllər

İmam Baqir (ə) nəql edir ki, İmam Əli (ə) belə buyurmuşdu:  “Hər kim camaat namazının azanını eşidərsə və heç bir üzrü olmadan getmərsə onun üçün həmin vaxt təklikdə qıldığı namazın savabı olmaz.  ” Vəsail Əş-Şiə, cild-5, səh: 375.

İslam şəriətinə əsasən gündəlik namazları camaatla qılmağın çox savabı vardır. Nəql olunan hədislərdə deyilir camaatla qılınan namazın savabı tək qılınan namazdan 25 dəfə çoxdur.
İslam şəriətinə əsasən camaat namazında bu məsələlərə diqqət yetirmək namazın savabını artırar və sünnətdir:
1-Müstəhəbdir ki, camaat namazı qılmaq istəyən şəxs əgər kişidirsə imamın sağ tərəfində dayansın, əgər qadındırsa sol tərəfində dayansın. Əgər iqtida edərsə məmun gərək imanın ayaqlarına və ya dizinə yaxın səcdə etsin.

2-Əgər iqtida edənlər bir kişi və qalanları bir və ya neçə nəfər qadındırsa, müstəhəbdir ki, kişi imamın sağ tərəfində və xanımlar isə arxasında.  

3-Camaat namazında iqtida edənlər həm kişi, həm də xanımlar olarsa müstəhəbdir ki, kişilər imamın arxasında və xanımlar da məmun olan kişilərin arasında dayanaraq camaat namazı qılsınlar.

4-Camaat namazında müstəhəbdir ki, imam səccadəsini ortaya qoysun, camaat namazının birinci cərgəsində isə elm, kamal və təqva əhli dayansınlar.

5-Müstəhəbdir ki, camaat namazında məmunlar sıranı nəzmli qursunlar. Camaaat namazında fasiləli dayanmaq ibadətin savabını azaldar.

6-Müstəhəbdir ki, camaat namazında “قد قامت الصلاه” yəni durun namaza sözündə məmunlar ayağa dursunlar.

7-Müsthəbdir ki, camaat namazında imam, zəif məmun (yəni iqtidar edənləri) nəzərə alaraq zikrləri deyərkən və əməllərdə tələsiməsin.

8-Müstəhəbdir ki, camaat namazında imam qunut, ruku və səcdələri uzatmasın. Yalnız o zaman uzada bilər ki, bilə iqtida edənlər bu əməlinə razıdır.

9-Müstəhəbdir ki, imam camaat namazında zikrləri deyərkən səsini ucaltsın ki, arxada olanların hamısı eşitsin.

10-Müstəhəbdir ki, camaat namazında imam rukuda olarkən iqtida etmək istəyən şəxs üçün zikrləri biraz uzatsın ki, camaat namazında iştirak edənlərin sayı artsın.

Mənbələr:
1-Vəsail Əş-Şiə, cild-4, səh-374
2-Tövzihul Məsail şəriət kitabı, məsələ-1480-1487. amaz.ge

baxılma sayı: 43