Qurani-Kərim Qiyamət günü nələrdən şikayət edəcəkdir?!

Müqəddəs Quran Qiyamət günü belə şikayət edəcəkdir:

- Allahım, baxmayaraq ki, Quran insanlara tilavət etməyi tövsiyə etmişdir, ancaq müsəlmanlar məni hətta üzündən belə oxumurdular.

- Allahım, bəzi insanlar ki, məni oxuyurdular, tilavətimin haqqını əda etmirdilər. Yəni, təharətsiz, dəstəmazsız və təfəkkür etmədən sorağıma gələrdilər. Məni oxuyan zaman tələskənlik edərdilər.

- Allahım, bəziləri mənim ayələrimi oxuyur və başa düşürdülər, ancaq ona əməl etmirdilər.
- Allahım, onlar ki, əməl edirdilər, başqalarına çatdırmazdılar.

- Allahım, bəziləri Qurana əməl edən zaman, hətta Qurana müxalif olanlardan belə geri qalardılar. Belə ki, İmam Əli (ə) buyurur: “Məbada başqaları Qurana əməl etməkdə siz müsəlmanlardan qabağa düşərlər”.

- Allahım, bəziləri ibadi və fərdi ayələrə əməl edərdilər. Ancaq hicrət, cihad, fədakarlıq və siyasət ayələrinə qarşı etinasızdırlar. Bəzi ayələrə iman gətirərdilər, bəzi ayələrə qarşı etinasız olardılar.
 

- Allahım, bəziləri məni qanun bilmək yerinə, çörək vasitəsi edirdilər. Öz ticarət malına çevirirdilər. Oxumaqdan və çap etməkdən pul qazanardılar.

- Allahım, bəziləri məni təfsir etməkdə Məsumlara (ə) müraciət etmək yerinə, öz təfsirlərindən istifadə edərdilər.
 

- Allahım, məni diri qəlblər üçün oxumaq əvəzinə, çox vaxt ölülər üçün oxuyardılar.  - Allahım, bəziləri ancaq istixarə və and içmək üçün sorağıma gələrdilər.


Bəli, Quran Qiyamət günü Allaha şikayət edəcəkdir. Onun şikayətlərindən biri də müxalifləri ilə bağlıdır.

Quran müxalifləri ilə bağlı belə şikayət edəcəkdir:  - Allahım, məni bəşər fikrinin məhsulu hesab etdilər. “Əlbəttə, Biz onların «əslində bunu (Qur’anı) ona (Muhəmmədə (s)) bir bəşər (yəhudi, xaçpərəst və əcəmlərin bəzi alimləri) öyrədir» demələrini bilirik”. (“Nəhl” 103).

- Allahım, məni keçmişdəkilərin əfsanəsi hesab etdilər. “Hətta sənin yanına gəldikdə səninlə mübahisə edəcək və kafirlər «bu, (Qur’an) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir» deyəcəklər”. (“Ənam” 25).

- Allahım, mənim tilavətimi eşitməyi qadağan etdilər. “Küfr edənlər dedilər: «Bu Qur’ana qulaq asmayın və (oxunan zaman) ona bihudə və puç sözlər atın ki, bəlkə qalib gəldiniz»”. (“Fussilət” 26).

- Allahım, məni gətirənə sehr, dəlilik töhməti vurdular. “Əgər sənə kağız səhifə üzərində bir yazı nazil etsək və onlar öz əlləri ilə ona toxunsalar belə, kafirlər yenə də «bu, aşkar sehrdən başqa bir şey deyildir» deyəcəklər”. (“Ənam” 7).


- Allahım, məni eşidirdilər, ancaq tərslik edib iman gətirmirdilər. “Və kafir olanlar dedilər: «Əsla bu Qur’ana və ondan öncə olana (səmavi kitablara) iman gətirmərik»”. (“Səba” 31).

Hələ ki, fürsətimiz var, Quranın bu şikayətlərinə diqqət edək və Müqəddəs Kİtabımızın haqqını əda edək./Deyerler.

baxılma sayı: 20