Ana Səhifə revayet Həzrəti Peyğəməbərin (s) hədislərinə əsasən dəstəmazın hansı təsir və faydaları vardır?!

Həzrəti Peyğəməbərin (s) hədislərinə əsasən dəstəmazın hansı təsir və faydaları vardır?!

5748

Dəstəmazın iki cəhətdən faydaları diqqət mərkəzində ola bilər: onlardan biri cismani və gigiyena tərəfidir. O birisi isə mənəvi tərəfidir. Dəstəmazın mənəvi cəhətdən bərəkətlərinə nəzər salaq:

1. Ömrü uzun edər. Həzrət Peyğəmbər (s) buyurur: “Ey insan! Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzun etsin. Əgər bacarsan gecə və gündüz dəstəmazlı olasan – bu işi gör. Çünki əgər dəstəmazlı halda dünyadan getsən, şəhidin savabına çatacaqsan”.

2. Hacətin yerinə yetməsinə səbəb olar.
 

3. Şəhadətin savabına çatmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dəstəmazlı yatar, əgər gecə ölüm sorağına gələrsə, bu insan dünyadan şəhid getmiş olar”.  

4. Dəstəmazlı halda yatanın yatağı məscid olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dəstəmazlı halda yatar, yatağı onun üçün məscid olar və yuxusu (o kəsin savabına malik olar ki) namazla məşğul olar, o vaxta qədər ki, gecəni səhər edər”.
 

5. Ruzinin artmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: “Hər kim mənzilinin xeyir və bərəkətini artırmaq istəyər – yemək yeyən zaman dəstəmaz alsın”.

 
6. Qəm və qüssəni aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Yeməkdən əvvəl dəstəmaz almaq yoxsulluğun aradan getməsinə və ondan sonra (dəstəmaz almaq isə) qəm və qüssəsinin aradan getməsinə səbəb olar”.
 

7. Qəzəbi yatızdırar. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, sizlərdən biriniz qəzəblənər, dəstəmaz alsın”./Deyerler.