Qurani Kərimə aid oxucuların 9 şəri sualına-cavab...

Sual: Quranı qan və leş kimi murdarların üzərinə qoymaq olarmı?
 
Cavab: Bu iş haramdır. Hətta həmin murdar şey qurudursa da, bu işi görmək olmaz. Quranı murdar şeyin üzərindən götürmək vacibdir.
 
 
Sual: Quranı kafirlərin, məsihi və yəhudi kimi kitab əhlinin əlinə vermək olarmı?
 
Cavab: Əgər onun murdarlanmaq və hörmətsizliyə məruz qalmaq qorxusu yoxsa, qarşı tərəfin hidayəti məqsədi ilə bu işi görmək olar. Bir şərtlə ki, onlar həqiqətən də, Qurandan bəhrələnmək istəsinlər.
 
 
Sual: Murdar cövhərlə Quran yazmaq olarmı?
 
Cavab: Bu iş haramdır. Həmin yazını məhv etmək lazımdır.
 
 
Sual: Quran ayələri və Allahın adlarını dəstəmazsız yazmaq olarmı?
 
Cavab: Əgər bədən həmin yazıya toxunmazsa, eybi yoxdur.
 
 
Sual: İnsan Quran yazılmış kasetlərə dəstəmazsız toxuna bilərmi?
 
Cavab: Eybi yoxdur. Bir şərtlə ki, bu iş hörmətsizlik sayılmasın. Lövhəyə Quran yazarkən yerə tökülən tozlara da dəstəmazsız toxunmaq olar.
 
 
Sual: Quranın tərcüməsinə dəstəmazsız toxunmaq olarmı?
 
Cavab: Quranın istənilən bir dildə tərcüməsinə dəstəmazsız toxunmaq olar. Amma Allahın istənilən bir dildə yazılmış adları və sifətlərinə vacib ehtiyata əsasən dəstəmazsız toxunmaq haramdır.
 
 
Sual: Dəstəmazsız halda məsumların adına toxunmaq olarmı?
 
Cavab: Müstəhəb ehtiyata əsasən, bu iş görülməməlidir. Belə bir hərəkət məsumlara hörmətsizlik sayılarsa, haram olar. Dünyaya gələn insana məsumların adı qoyularsa, həmin adların yazısına dəstəmazsız toxunmaq olar.
 
 
Sual: Uşaqların, psixi xəstələrin Qurana toxunmasının qarşısını almaq vacibdirmi?
 
Cavab: Əgər onların Qurana toxunması hörmətsizlik sayılmazsa, mane olmaq vacib deyil.
 
 
Sual: Quran oxunan zaman danışmaq olarmı?
 
Cavab: Quran oxunan vaxt söhbətdən çəkinib onu dinləmək yaxşıdır. Əgər ətrafdakılar bir şey soruşarsa, onlara cavab verməyin eybi yoxdur./ehliwie-samux

baxılma sayı: 11