Allah-Təlanın (c.c) 99 adı və mənaları

1. ALLAH(c.c) - Cənabi haqqın özəl adıdır
2. RƏHMAN - dünyaya, hamıya rəhm edən, acıyan
3. RƏHİM - axirətdə möminlərə rəhmət edən
4. MƏLİK - mülkü davamlı olan
5. QUDDUS - hər eyb və qüsurlardan uzaq
6. SƏLAM - salamətlik verən
 
7. MUMİN - əmin-amanlıq verən
8. MUHEYMİN - həmişəlik hamıya himayəlik edən
9. ƏZİZ - məğlubiyyət bilməyən güclü və tək qalib
10. CƏBBAR - hər yerə hökm edən
11. MUTƏKƏBBİR - böyüklükdə bənzəri olmayan
12. XALİQ - yoxdan var edən
 
13. BARİ - hər şeyin aza və cihazını bir-birinə uyğun yaradan
14. MUSSAVİR - bütün varlıqlara surət verən
15. QAFFAR - günahları bağışlayan
16. QAHHAR - ən güclü, qalib və hakimdir
17. VAHHAB - əvəzsiz bağışlayan
18. RƏZZAQ - ruzi verən
 
19. FƏTTAH - rəhmət və ruzi qapılarını açan
20. ALİM - hər şeyi yaxşı bilən
21. QABİD - canları alan, sıxan, daraldan
22. BASİT - həyat verən, ruzi yağdıran, genişləndirən
23. HAFİD - alçaldan, yuxarıdan aşağı endirən
24. RAFİ - yüksəldən, yuxarıya qaldıran
 
25. MUİZZ - güclü, qalib, şərəfləndirən
26. MUZİL - zəlil edən, alçaldan
27. SƏMİ - hər şeyi yaxşı eşıdən
28. BASİR - hər şeyi çox yaxşı görən
29. HAKƏM - hökmü rədd edilməyən, haqqı yerinə yetirən
30. ƏDL - ədalətsizliyə yol verməyən, adil
 
31. LƏTİF - işlərin incəliklərini bilən
32. XABİR - hər şeydən xəbərdar
33. HALİM - günahları cəzalandırmağa səbr edən
34. AZİM - ağlı yüksək dərəcədə olan
35. QAFUR - çox bağışlayan
36. ŞƏKUR - yaxşı mükafatlandıran
 
37. ƏLİYY - çox uca, lap yüksək
38. KƏBİR - çox ulu, böyük
39. HAFİZ - qoruyan, mühafizə edən
40. MUKİT - geyindirən, bar, ruzi verən
41. HASİB - hamının ehtiyacının qədrini bilən
42. CƏLİL - yüksək, böyük, ulu
 
43. KƏRİM - çox comərd, kəraməti bol olan
44. RAQİB - bütün varlıqlara göz qoyan
45. MUCİB - duaları qəbul edən
46. VƏSİ - neməti bol olan
47. HAKİM - hikmət sahibi, hər işin öz yerini bilər
48. VƏDUD - sevən və sevilməyə layiq olan
 
49. MƏCİD - yüksək şan-şöhrət sahibi
50. BAİS - peyğəmbərlər göndərən, ölümdən sonra dirilən
51. ŞAHİD - gözündən heç bir şey qaçmayan
52. HAQQ - var olan, varlığı dəyişməyən
53. VƏKİL - hamının işlərini görən, mənfəətli edən
54. QAVİYY - çox güclü, zəifliyə uğramayan
 
55. MƏTİN - çox sağlam, sarsılmayan
56. VƏLLİY - yaxşı dostlarına yardımçı
57. HAMİD - hər yerdə bəyənilən
58. MUHSİ - hər şeyi qavrayan, yaratdığı hər şeyin sayın bilən
59. MUBDİ - hər şeyi heç bir maddəsiz yaradan
60. MUİD - ölümə və ölümdən sonra təkrar həyata qaytaran
 
61. MUHYİ - həyat verən, can bağışlayan
62. MUMİT - öldürən, can alan
63. HAYY - daima diri olan
64. QAYYUM - hər şeyi, yeri-göyü yaradan
65. VACİD - həmişə zəngin, niyyətinə çatan
66. MACİD - şan-şərəf sahibi
 
67. VAHİD - zatında, sifətində, işlərində tək olan
68. SAMƏD - ehtiyacsız
69. QADİR - qüdrətli, istədiyinə gücü çatan
70. MUKTƏDİR - iqtidarlı, hər şeyə qüdrəti çatan
71. MUKADDİM - qabaqcıl, istədiyini yeridən
72. MUAHHİR - istədiyini geri alan
 
73. ƏVVƏL - başlanğıcı olmayan, ilk övladı olmayan
74. AXİR - nəhayəti olmayan son
75. ZAHİR - varlığı günəş kimi açıq
76. BATİN - gizli olan, insanlar Onu tam bilməməlidir
77. VALİ - təkbaşına idarə edən
78. MUTƏALİ - uca, yüksək
 
79. BƏRR - yaxşılıq və xeyir verən
80. TƏVVAB - tövbələri qəbul edən, bağışlayan
81. MUNTƏQİM - günahları ədalətlə cəzalandıran
82. ƏFUVV - əfvi, bagışlanması bol olan
83. RAUF - mərhəmətli, şəfqəti bol olan
84. MALİKUL - mülk, mülkün yeganə və davamlı sahibi
 
85. ZUL- CƏLALİ və İKRAM - ululuq, kərəm sahibi
86. MUKSİT - ədalətli işlərində çaşmayan
87. CƏMİ - toplayan, birləşdirən
88. QANİYY - zəngin
89. MUQNİ - zənginlik verən
90. MANİ - bir şeyin olmasını istəməyəndə mane olan
 
91. DARR - zərərə uğradan
92. NAFİ - mənfəət verən, yararlı şeylər yaradan
93. NUR - işıq verən, nur yağdıran
94. HADİ - yol göstərən, yol açan
95. BƏDİ - nümunəsi olmayan, heyrətverici şeylər yaradan
 
96. BAQİ - davamlı olan, fani olmayan, sonsuz
97. VARİS - davam edən, sərvətlərin sahibi
98. RƏŞİD - mənfəət yollarını göstərən, doğru yolu olan
99. SƏBUR - çox səbirli olan.
 
 

baxılma sayı: 196