Qurani Kərimdə Allah-Təalanın (c.c) bizi narahat edən suallarımıza cavabı.

Dedim:  Çox tənhayam.

Dedi: Mən ki sənə çox yaxınam. ("Bəqərə",186)


Dedim:  Bilirəm SƏN mənə yaxınsan, amma mən SƏNDƏN uzağam. Kaş ki mən də SƏNƏ yaxın ola biləydim.

Dedi:  Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. ("Əraf", 205)


Dedim:  Bu da SƏNİN köməyini istəyər.

Dedi:  ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? ("Nur", 22)


Dedim:  Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.

Dedi:  (Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin. Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! ("Hud", 90)


Dedim:  Çox günahkaram, bu qədər günahla mən nə edim?

Dedi:  Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! ("Tövbə", 104)


Dedim:  Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.

Dedi:  Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (ALLAHDIR)! Ondan başqa heç bir tanrı yoxdur. ("Ğafir", 3)


Dedim:  Bu qədər günahım var, hansının tövbəsini edim?!

Dedi:  ALLAH bütün günahları bağışlayandır. ("Zumər", 53)


Dedim:  Yəni gəlsəm, yenə məni bağışlayarsanmı?

Dedi: Axı günahları ALLAHDAN başqa kim bağışlaya bilər? ("Ali-İmran", 135)


Dedim: Nə qədər gözəlsən ALLAHIM! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.

Dedi: Şübhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevir.


Dedim:  "İLAHIM və RƏBBİM, mənim SƏNDƏN başqa kimim var”, 

Dedi:  "ALLAH ÖZ bəndəsinə kifayət deyilmi?” ("Zumər", 36)


Dedim:  SƏN ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?

Dedi: Ey iman gətirənlər! ALLAHI çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh,zohr,esr, sam və isa namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). ALLAH möminlərə rəhm edəndir! ("Əhzab", 41-43) 

baxılma sayı: 138