Mömin şəxsin Şeytanı aldatması əhvalatı...

Bir gün bir nəfər şeytanı görür və belə deyir:

-Ey lənətlənmiş, sənin kimi olmaq üçün mən nə etməliyəm?

Şeytan deyir:

-Ayıb olsun sənə! Hələ indiyə kimi heç kim məndən belə bir şey istəməyib! Hələ indiyəcən heç bir adəm övladı məndən mənim kimi olmağın sirrini soruşmayıb.

Həmin şəxs:

-Amma mən istəyirəm, sən sadəcə de ki, nə etməliyəm ki, sənin kimi olum-deyə təkid edir.

Bunları eşidən şeytan çox sevinir. Adəm övladlarından daha biri onun kimi olmaq istəyir. Şeytan deyir:

-Mənim kimi olmaq istəyirsənsə, namazı tərk et,yalan-doğru and iç.

Bunu eşidən adam:

-Allaha söz verirəm! Namazı heç vaxt tərk etməyəcəm! Heç vaxt yalan-doğru and içməyəcəm! - deyir.

Bunları eşidən şeytan çox əsəbləşir və:

-İndiyə qədər hələ heç kim hiylə ilə məndən bir şey öyrənə bilməyib. Mən insanlara öyüd verməməyə and içmişdim. Ayıb olsun mənə - deyir.

baxılma sayı: 189