Salavatın savabının dəyərini bilirsizmi?! Merac hədisi...

Allahın Rəsulu (s.a.v.s) buyurur: "meracda bir mələk gördümki minlərlə əli vardır, hər bir əlində minlərlə barmağı vardır və hər bir barmağında minlərlə bənd vardır.

 

O mələk dedi: mən dənizə və səhraya düşən yağış suyunun dənələrinin sayını bilirəm. Yaradılışın əvvəlindən indiyə qədər yağış dənələrinin sayını da bilirəm. Amma bir hesab varki mən onu hesablamaqda acizəm..

 

Allahın Rəsulu buyurdu: O nədir?

O mələk dedi: sənin ümmətindən bir dəstə camaat birləşib birlikdə sənə salavat göndərərkən bu salavatın savabını hesablamaqda acizəm.."

 

·· Allahummə səlli əla Muhamməd və ali Muhamməd··

 

baxılma sayı: 169