HZ PEYĞƏMBƏR (S) BUYURUR: ÖLÜMƏ HAZIRLANMAQ ISTƏYƏN BU MƏSƏLƏLƏRƏ HAZIR OLMALIDIR?!

 

"Bir kimsə, Peyğəmbər (s) yanına gələrək: -İcazə ver,ya Rəsulullah, ölümümü xahiş edim. Peyğəmbər (s)-Ölüm elə bir şeydir ki onun üçün hazırlıqlı olmaq lazımdır! Yol uzun, azuqə istər.Ölümü təmənna edənin on hədiyyə hazırlaması lazımdır.

O kimsə soruşdu: Hədiyyələr kimə ya Rəsulullah?



Peyğəmbər (s) buyurdu:



1 - Əzrailin hədiyyəsi.

2 - Qəbirin hədiyyəsi

3 - Münkər və Nəkir'in hədiyyəsi.

4 - Mizanın hədiyyəsi.

5 - Sirat körpüsünün hədiyyəsi

6 - Malikin hədiyyəsi.

7 - Rıdvan'ın hədiyəsi.

8 - Ruhun hədiyyəsi.

9 - Peyğəmbərinin hədiyyəsi.

10 - Rəbbinin hədiyyəsi.



- Bu hədiyyələr nələrdir, ya Rəsulullah?



Əzrailin hədiyələri dörddür:



1 - Yaxşı xasiyyətli olmaq.

2 - Keçirdiyin ibadətlərin qəzasını qılmaq.

3 - Ölümə hazırlanmaq, səfərə çıxacaq sərnişin kimi.

4 - Ürəyində Allah eşqini daşımaq.



Qəbirin hədiyyələri də dörddür.



1 - Söz daşımağı tərk.

2 - Paltara idrar sıçratmamaq.

3 - Quran-ı Kərimi oxumaq.

4 – Salavatı çox oxumaq.



Münkər və Nekir'in hədiyyələri;



1 - Doğru danışmaq.

2 – Qiybəti tərk etmək.

3 - Haqqı qəbul etmək.

4 - Təvazökarlığa sahib olmaq.



Mizanın hədiyyəsi:



1 - Əməlini ixlas ilə etmək.

2 - Başqasına əzab etməkdən çəkinmək.

3 - Gözəl əxlaq sahibi olmaq.

4 - Allahı çox zikr etmək.



Sirat Körpüsünün hədiyyəsi:



1 - qəzəbini udmaq, hirslənmək.

2 - Təqva sahibi olmaq.

3 - Camaatla davam etmək.

4 – İbadətlərə ara vermədən davam etmək.



Malikin hədiyyələri:



1 - Allah qorxusundan ağlamaq.

2 - Gizli sədəqə vermək.

3 - Üsyanı tərk etmək.

4 - Ana və ataya yaxşılıq etmək.



Cənnət mələyi Rıdvan'ın hədiyəsi:



1 - Pisliklərdən çəkinmək.

2 – Nemətlərə şükr etmək.

3 - Malını Allah yolunda sərf etmək.

4 - Əmanəti mühafizə etmək.



Ruhun hədiyyəsi:



1 - Az yemək.

2 - Az danışmaq.

3 - Az yatmaq.

4 - İstiğfara davam etmək.



Peyğəmbərin hədiyyəsi:



1 - Əhli-beyti sevmək.

2 - Sünnəyə tabe olmaq.

3 - Peyğəmbərin sevdiklərini sevmək.



Allahın hədiyələri:



1 - Allahın əmrlərini etmək.

2 - Nəhy etdiyi, qadağan etdiyi şeylərdən qaçınmaq.

3 - İnsanlara nəsihət etmək.

4 - Bütün məxluqata qarşı mərhəmətli olmaq. "

 

baxılma sayı: 184