İnsanın İlahi münacatı və daxili cavabları...

1-İnsan: Allahım, Səni necə görüm?

Allah: Gözlər məni görməz, Mən gözləri görərəm.

 

2-İnsan: Allahım, həyat nədir?

Allah: Həyat sənin Mənə olan bağlılığın, Məni özündə yaşatmağındır.

 

3-İnsan: Allahım, nur nədir?

Allah: Nur Mənəm.

 

4-İnsan: Allahım, Sən haradasan?

Allah: Mənim məkanım yoxdur, Mən sənə şah damarından da yaxınam.

 

5-İnsan: Allahım, Səni necə tanıyaq?

Allah: Ətrafına nəzər sal, Mən hər yerdəyəm.

 

6-İnsan: Savab və günah nədir?

Allah: Savab səni Mənə yaxınlaşdıran, günah səni Məndən uzaq salan əməllərindir.

 

7-İnsan: Allahım, Sənin razılığını necə qazanaq?

Allah: Məni - Mənə xatir çağır, Mənə - mənə xatir ibadət et.

 

8-İnsan: Cənnət və Cəhənnəm nədir?

Allah: Cənnət möminlərin həsrətində olan, Cəhənnəm isə günahkarların əməlləri ilə qazandıqları məkandır.

baxılma sayı: 36