Hz Peyğəmbər (s) Allah-Təalanın (c.c) bəndələrinə olan məhəbbətini səhabəsinə izah edir!

Bir kişi mərhəmətli Həzrəti Məhəmmədin (s) hüzuruna gəlib dedi:
" Ey Allahin elçisi meşədən keçəndə quş balalarının səsini eşitdim.Onları götürüb,xurcuna qoydum.Ana quş başımın üstündə qanad çalanda xurcunu açıb, balalarını ona göstərdim.O balalarının yanına qondu üstünə qanadlarını açdı.Yenidən xurcunun ağzını bağlayıb bura gətirdim."


Məhəmməd Peyğəmbər dedi:
"Xurcunu yerinə qoy ,ağzını aç !"
Kişi peyğəmbərin sözünə əməl etdi.Quşun balalarını əvvəlki yerinə qaytardı və analarını da yanına buraxdı.Ana quş balalarına qovuşdu.

Məhəmməd Peyğəmbər (s) buyurdu:


"Ananın balalarına olan məhəbbət və eşqindən razısanmı? And olsun məni peyğəmbər göndərənə, Allahın öz məxluqatına olan məhəbbəti ananın balalarına olan məhəbbətindən daha çoxdur."ehliwie-samux.
 

baxılma sayı: 131