İmam Səccad (ə) Übeydullah ibn Ziyadın məclisində nə haqda xütbə etdi?

İmam Səccadın (ə) Kərbəla əsirləri içərisindəki hüzuru nəzərə çarpan idi. Əsirlər karvanı Ubeydullahın məclisinə daxil olanda burada Ubeydullahın nəzərini cəlb edən şəxs İmam Səccad (ə) oldu. Çünki o, belə təsəvvür edirdi ki, Kərbəlada bir kişi belə sağ qalmamışdır. Onların hamısını qətlə yetirdiyini düşünürdü. Buna görə sorgu-sual edir və İmam Hüseynin (ə) nəslindən kiminsə sağ qalmasına şahid olmaq istəmədiyini bildirirdi. Karvan məclisə daxil olanda Ubeydullah üzünü İmam Səccada (ə) tutub, deyir: “Adın nədir?” İmam buyurdu: “Əli ibni Hüseyn (ə)”. Ubeydullah dedi: “Məgər Allah Əli ibni Hüseyni (ə) Kərbəlada öldürmədimi?” İmam (ə) bir anlıq susur. Ubeydullah (lən) deyir: “Niyə susursan?” İmam (ə) buyurur: “Allah ölüm zamanı canları alar. Heç bir insan Allahın izni olmadan ölmür”. Ubeydullah bu sözlərdən o qədər əsəbləşir ki, əmr edir, onu da şəhid etsinlər. Ancaq Həzrət Zeynəb (s.ə) fəryad çəkir: “Ey ibni Ziyad! Bu qədər qanımızı tökmüsən, sənin üçün kifayət deyilmi? Allaha and olsun ki, əgər onu öldürmək istəyirsənsə, məni də onunla bir yerdə öldür”. Zeynəbi-Kubranın (s.ə) sözləri ona təsir etdi və İmaını (ə) öldürməkdən əl çəkdi.

Əsirlər karvanı lənətlik Yezidin məclisinə daxil olur, İmam (ə) Yezidi görəndə buyurur: “Ey Yezid! Allaha and olsun ki, əgər Allahın Rəsulu (s) bizi bu halda müşahidə etsəydi, səninlə nə edərdi?” Şam əhalisi Yezidi Peyğəmbərin (s) xəlifəsi hesab edirdilər. İmamın (ə) bu sözlərindən sonra özlərindən soruşdular ki, məgər bu insanların Peyğəmbərlə (ə) rabitələri varmı? Bununla Yezid rüsvay oldu. Əmr edir ki, İmamın (ə) əl və ayaqlarında olan zəncirləri açsınlar.

İmam (ə) irəli gəlib, Yezidə (lən) buyurdu: “Belə düşünməyin ki, siz bizi xar edəsiniz və biz sizi dəyərləndirək. Siz bizə əziyyət verərsiniz və biz də sizə əziyyət verməkdən əl çəkərik. Allah bilir ki, biz sizi sevmirik, əgər siz də bizi sevmirsinizsə, sizi məzəmmət etmərik”. Yezid dedi: “Düz deyirsən, ancaq sənin atan və cəddin əmir olmaq istəyirdilər. Allaha həmd olsun ki, onları öldürdü və qanlarını tökdü. Atan qohumluğa riayət etmədi. Bizim haqqımızı görməməzliyə vurdular. Mənim səltənətliyimə görə mənimlə döyüşə qalxdı və axırı da gördüyün kimi oldu. İmam (ə) buyurdu: “Ey Müaviyə ilə Hindin oğlu! Dünyaya gəlməmişdən qabaq peyğəmbərlik və hökumət mənim atama və nəslimə aid idi. Bədr, Ühud döyüşlərində Peyğəmbərin (s) bayrağı atamın əlində olurdu. Ancaq sənin atan, atasının və cəddinin bayrağını gəzdirirdi. Ey Yezid! Əgər bilsəydin ki, nə etmisən, atamın, qardaşımın, əmim oğlunun və ailəmin başına nə gətirmisən, dağlara qaçardın. Çınqıllıqda gizlənər və fəryad çəkərdin”. Sonra Yeziddən istədi ki, minbərə çıxsın. Yezid (lən) əvvəl icazə vermir. Ancaq sonra razı olur və Həzrət (ə) minbərə çıxır. İmamın (ə) xütbəsindən sonra hamı ağlayır və Yezid (lən) rüsvay olur. Yezid də onun bu yanğılı çıxışı qarşısında heç nə deyə bilmir. Üzr istəyir və bütün bu olanların günahını Ubeydullah ibn Ziyadın (lən) üzərinə atır. Sonra İmamdan (ə) nə istədiyini soruşur və İmam da əsirlərin azad edilməsini, şəhidlərin basdırılmasını və Mədinə şəhərinə getməyi istəyir. Şamda bir müddət qalandan sonra İmam (ə) və ailəsi Mədinəyə qayıdır.zuhuradoqru.

baxılma sayı: 275