Maraqlı dini məlumatlar...

Qiyamət günü zəlzələ zamanı dağılmayacaq yeganə məkan Məsciddir.

 

Cənnətin qapıçısının adı Rizvandır.

 

Cəhənnəmin qapıçısının adı Malikdir.

 

Cənnətin səkkiz qapısı var.

 

Cəhənnəmin yeddi qapısı və yeddi təbəqəsi var.

 

Şeytan dörd dəfə: Ona lənət olunan, Yer üzərinə atılan, Məhəmməd Peyğəmbərliyə (s) seçilən və "Fatihə" surəsi nazil olan gün fəryad etmişdir.

 

Adəm və Həvva fəqət səkkiz saat cənnətdə olmuşlar.

 

Allahın adının min dəfə zikr olunduğu dua,"Cövşən- Kəbir" duasıdır.

 

Yerin və göyün yaradılması altı gün çəkdi.

 

Hər bir gün isə əlli min ilə bərabər idi.

 

Mömin kişilər 33 yaşlı cənnətə daxil olacaqlar.

 

Mömin xanımlar 16 yaşlı cənnətə daxil olacaqlar.

 

Qırx il Quran ayələri ilə söhbət edən xanım, həzrət Fatimənin (s) kənizi Fizzə idi.

 

Namazı ilk vaxtda qılan şəxslərə Əzrayı(ə) özü "La ilahə illəllah"ı təlqin edəcək və şeytanı onlardan uzaqlaşdıracaqdır.

 

Min aydan üstün olan gecə "Qədr" gecəsidir.

 

Məhəmməd Peyğəmbərin (s) buyurduğun agörə: "Cənnət dörd nəfərin

intizarındadır": Onlar həzrət Əli (ə), Əbuzər Qəffari, Salman Farsi və Miqdaddır.

 

Əməlləri əməl dəftərinə qeyd edən iki mələk "Ətid" və "Rəqib" adlanır.

 

Namazın ən üstün hissəsi, uzun- uzadı qünut tutmaqdır.

 

Əzrayıl (ə) gündə beş dəfə insanlarin uzune baxir.

 

Həzrət Əlinin (ə) atasının adı İmrandır.

 

Yer üzündə Həzrət Məhəmmədə (s) bağışlanılan xəzinə "Ayət əl- kürsi"dir. ("Bəqərə", 255-257)

 

İnsana verilən ən üstün nemət ağıldır.

baxılma sayı: 120