Sizcə düşünməyə dəyməzmi?!

Bir insan...

- 10 LARİ sǝdǝqǝ verǝcǝk olsa bu miqdar ona çox görsǝnǝr, amma 30 LARİ-lik geyimin 10 LARİ-yə endirim olduğunu eşitsǝ tez gedib onu alar..

- İnsan 10 dǝqiqǝ zikr edǝcǝk olsa bu zaman ona çox olar, amma bir film vǝ ya futbol olsa bir yarım saatlıq zaman onun üçün tez keçir...

- Bir futbol oyununun vaxtının uzadılması insanın xoşuna gǝlǝr, amma

Cümǝ namazında xütbǝnin bir neçǝ dǝqiqǝlik uzadılması heç dǝ xoşuna gǝlmǝz..

-İnsan eşitdiyi dedi-qoduya dǝrhal inanar vǝ qǝbul edǝr, amma qǝti doğru

olduğunu bildiyi bir şeyi inad edǝrǝk dǝrhal qǝbul etmǝz...

- İnsan mǝsciddǝ bir saat ibadǝt

edǝrǝk vaxt keçirǝcǝk olsa onun üçün zaman keçmǝk bilmǝz, amma

kompüter başındaykǝn zaman onun üçün tez keçǝr...

- İnsana bir surǝni vǝ ya surǝnin mǝnasını oxumaq çǝtin gǝlir, amma bir romanı oxumaq onun üçün asandır...

- Bir ayǝ, ya da hǝdis ǝzbǝrlǝmǝk insanın çǝtininǝ gedǝr, amma

musiqi siyahısı TOP10da olan mahnıların hamısını ǝzbǝrdǝn bilǝr...

- İnsana İslami mövzuları dinlǝmǝk vǝ izah etmǝk çǝtin gǝlǝr, amma dedi-qoduları dinlǝmǝyi vǝ izah etmǝyi çox sevǝr...

- İnsan CƏNNƏTǝ getmǝyi istǝr, amma heç bir şey etmǝk istǝmǝz...

- İnsan, ALLAHı sevirǝm deyǝr, amma

ALLAHın buyurduqlarına ǝmǝl etmǝz, şeytana xidmǝt edǝr..!!!

Sizcǝ dǝ düşünmǝyǝ dǝymǝzmi..???

baxılma sayı: 94