Ən xoşbəxt və ən bədbəxt insanın müəyyən edilməsi meyarları

dünya sevgisi və dünyapərəstlik insana ziyan vuran ən mühüm amillərdən biridir. Belə ki, Əmirəl-möminin (ə) buyurur: “Dünyaya ürək bağlamaq ağılı fasid edər, ürəyi hikmət eşitməkdən gücsüz edər, ağrılı əzaba bais olar”. (Tebyan)

İmam Sadiq (ə) buyurur: “Dünyaya meyl etmək və rəğbət göstərmək – qəm, qüssə mənbəyidir, zahidlik və dünyaya meylsizlik qəlbin və bədənin rahat olmasına səbəb olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Dünya – bəla və çətinliklər sarayı, həyatı keçirtmək yeri və zəhmətdir. Həqiqətən, xoşbəxtlər ondan ürəklərini qopardıblar və bədbəxtlərin əlindən zorla alınar. Ona görə də ən xoşbət insan – onların dünyaya ən meylsizi və ən bədbəxt insan – dünyaya meyl edənlərdir”.

İmam Sadiq (ə) buyurur: “Dünyaya həris olan insanın əhvalatı barama qurdunun əhvalatı kimidir. Hər nə qədər ətrafını hörərsə, bayıra çıxması çətin olar, o zamana qədər ki, qəm və qüssədən ölər”.

Şəhid Mütəhhəri “İlahi ədalət” kitabında yazır: “Nəhcul-bəlağədə nəql edilir ki, bir nəfər Əmirəl-möminin (ə) xidmətinə gəlir və dünyanı məzəmmət etməyə başlayır. İmam (ə) ona buyurur: “Sən dünyaya aldanırsan, dünya səni aldatmır. Dünya o kəsə qarşı sadiqdir ki, onunla sədaqətlə rəftar edər. Onu dərk edənlər üçün salamatlıq mənbəyidir. Dünya – Allah dostlarının məbədi, Allah mələklərinin namaz yeri, İlahi vəhyin nazil olduğu yer, İlahi övliyaların ticarətxanasıdır””.

Ona görə də dünya öz-özlüyündə pis deyildir. İnsanın ona bağlanması pis və məzəmmət olunandır. Dünya sevgisi ürəyin mahiyyətini dəyişdirər və onu qaraldar. Nurunu ondan alar və sağlamlığını aradan aparar. Dünya sevgisi – insanın özünə etdiyi ən böyük zülmdür.

Biz gərək qəbul edək ki, dünya fanidir. Bir çoxlarımız yaxşı bilirik ki, bir gün biz də gedəcəyik və burada qalmayacağıq. “Bunun(yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur”. (“Rəhman” 26). Əlimizdə olanların hamısı keçicidir. “Sizin yanınızda olan tükənir və puç olur, Allahın yanında olan isə daimi və əbədidir”. (“Nəhl” 96). Lakin buna baxmayaraq, çoxlarımız hələ də dünyadan ürəyini qoparda bilmir. zuhuradoqru.

baxılma sayı: 159