Niyə qıldığımız bütün namazlarda diqqətimizi bir yerə toplaya bilmirik?! İmam Səccadın (ə) duasına diqqət...

İmam Zeynül-abidin (ə) hər birimizin ürəyini narahat edən sualı verdikdən sonra ardınca bunun cavabını da buyurur. Duanın növbəti sətirlərində İmam, namazın könülsüz halda qılınmasının mümkün səbəblərindən bir neçəsini sadalayır:

"Ey ağam! Bəlkə səbəb budur ki, məni öz dərgahından qovmusan və öz xidmətindən kənar etmisən?

Bəlkə Sənin haqqına (itaət və ibadətə) sayğısızlıq etdiyimi görmüsən, ona görə məni özündən uzaq salmısan?

Bəlkə Səndən üz çevirdiyimi görüb, Sən məndən üz çevirmisən?

Bəlkə məni yalançıların dərəcəsində görüb məni özündən uzaqlaşdırmısan?

Bəlkə Sənin nemətlərinə şükr etmədiyimi görüb məni məhrum buraxmısan?

Bəlkə məni alimlərin məclisində görmədiyin üçün məni ibadət ləzzətindən məhrum etmisən?

Bəlkə məni qafillər cərgəsində görüb, öz rəhmətindən məyus etmisən?

Bəlkə məni batil əhlinin və boşboğazların məclisində gördüyün üçün onlarla baş-başa buraxmısan?

Bəlkə (o qədər günah etmişəm ki) dualarımı eşitmək istəmirsən, ona görə məni kənara atmısan?

Bəlkə təqsirlərimə və günahlarıma görə mənə əvəz verirsən?

Bəlkə də həyamın azlığına görə məni cəzalandırırsan?”

Namaz zamanı diqqətini toplaya bilməyən və ibadətdən həzz almayan kəslərə bunu tövsiyə edirik ki, yuxarıdakı səbəbləri diqqətlə oxusunlar, özlərinə aid olan bəndi (və ya bəndləri) seçsinlər, sonra həmin nöqsanı düzəltməyə çalışsınlar. Allah bu yolda hər birimizə yardımçı olsun!

baxılma sayı: 181