Qurani Kərimdən bunları bilirsinizmi?!

Bilirsinizmi? -Allah yalnız and içmək üçün var deyil.
Bilirsinizmi? -Allah Quranı biz ona and içək deyə yer üzünə göndərməyib.
Bilirsinizmi? -Allah bizi ibadət üçün yaradıb (Zariyat56)

Bilirsinizmi? -Allah bizdən Ona ibadət etməmizi istəyir (Bəqərə 21)
Bilirsinizmi? -Allah bizim Namaz qılmamızı istəyir (Bəqərə 43)
Bilirsinizmi? -Allah bizim oruc tutmamızı istəyir (Bəqərə 183)
Bilirsinizmi? -Allah bu dünya həyatının oyun oyuncaqdan başqa bir şey olmadığını deyir (Ənkəbut 64)

Bilirsinizmi? -Allah İman edib yaxşı işlər görənlərə mükafat hazırlayıb (Rum15)
Bilirsinizmi? -Allah kafirlərə əzab verəcəyini deyir(Rum 16)
Bilirsinizmi? -Allah bizi öldükdən sonra yenidən dirildəcək (Rum 19)

Bilirsinizmi? -Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur (Bəqərə286)
Bilirsinizmi? -Qəlbinizdə olanı aşkar etsəniz də gizlətsəniz də Allah sizinlə onun hesabını aparacaqdır (Bəqərə284)
və Unutma. Hər yaşayan nəfs bir gün ölümü dadacaq. Ona görə də bizə verilən ömürdən Allahın rızasını qazanmaq üçün çalışaq.


Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma. Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi bizim (də) boynumuza qoyma. Ey Rəbbimiz, (axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə,bizi əfv et, bizi bağışla və bizə rəhm et (Bəqərə286)
 
 

 

baxılma sayı: 2