“Olarmı mən ölümü arzulayım?” sualına Hz Peyğəmbərin cavabı...

Bir gün bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: "Olarmı mən ölümü arzulayım?”

Peyğəmbər (s) buyurdu: "Ölümə çarə yoxdur. Lakin bu, uzun bir səfərdir. Bu səfəri arzulayan gərək öz yanında on töhfə aparsın.”
Kişi soruşdu: "Nə töhfə?”
Peyğəmbər (s) buyurdu: "Əzraildən ötrü, qəbirdən ötrü, Nəkir və Münkərdən ötrü, mizan tərəzisindən ötrü, Sirat körpüsündən ötrü, Cəhənnəmin qapıçısından ötrü, behiştin qapıçısından ötrü, Peyğəmbərdən (s) ötrü və Mütəal Allahdan ötrü.

Əzraildən ötrü dörd töhfə aparmalıdır: boynunda haqqı olanların razılığı, namazların qəzası (yəni, yerinə yetirilmiş qəza namazları). Allaha qarşı şövq və ölüm arzusu.

Qəbirdən ötrü də dörd töhfə aparmalıdır: söz gəzdirməyi tərk etmək, sidiyin istibrası, Quran oxumaq və gecə namazı.

Nəkir və Münkərdən ötrü də dörd töhfə aparmalıdır: doğru danışmaq, qeybəti tərk etmək, hamı barədə haqq danışıq və təvazökarlıq.

Mizan tərəzisindən ötrü də dörd töhfə aparmalıdır: qəzəbi udmaq, həqiqi təqva, ictimai məsələlərdə (camaat namazı kimi) iştirak etmək, camaatın xeyir işlərdən ötrü dəvətini qəbul etmək.

Sirat körpüsündən ötrü də dörd töhfə aparmalıdır: ixlas, xoş xasiyyət, çoxlu zikr və başqalarının əziyyətinə dözmək.

Cəhənnəmin qapıçısından örtü də gərək dörd töhfə aparsın: Allah qorxusundan ağlamaq, gizli sədəqə, günahı tərk etmək və ata-ana ilə xoş rəftar etmək.

Cənnətin qapıçısından ötrü də dörd töhfə aparmalıdır: xoşagəlməz hadisələr müqabilində səbr, nemətlərin şükrü, malın-pulun Allah yolunda sərf olunması, vəqf olunmuş əmlakda əmanətə riayət etmək.

Peyğəmbər (s) üçün də dörd töhfə aparmalıdır: o Həzrəti (s) sevmək, onun (s) sünnəsinə tabe olmaq, əhli-beytinə (ə) məhəbbət və dilin iffəti.

Cəbraildən ötrü də dörd töhfə aparmalıdır (Cəbrail əvvəldə gəlməyib); az yemək, az yatmaq, nemətin şükründə davamlı olmaq (dördüncüsü hədisdə gəlməyib).

Mütəal-Allahdan ötrü də dörd töhfə aparmalıdır: əmr be məruf, nəhy əz münkər, camaata qarşı xeyirxah olmaq və hamıya mehribanlıq.”/ehliwie-samux.

baxılma sayı: 58