Cənnətdə sakin olmaq üçün diqqət olunması zəruri olan 6 məsələ

1."Lə hovlə valə quvvətə illə billəh."
Sənə cənnətin xəzinəsinin yerini bildirimmi? Əlbəttə bildir! Peyğəmbər (s) dedi: "Allahdan başqa kömək və qüvvət dayağı yoxdur." – sözləri xəzinədir.

 

2. Əsəbinə hakim olan
"Kim əməldə edə biləcəyi əsəbinə hakim olarsa, qiyamət günü Allah təalə onu məxluqatın önündə çağırar və istədiyi hurini seçməyə ixtiyar verər."

 

3. Mübahisə və yalançılıqdan çəkinmək 
"Haqlı olduğu halda mübahisəni tərk edənə cənnətin ortasında ev vəd edirəm. Zarafat etdikdə və ya qeyri halda yalanı tərk edənə cənnətin ortasında ev vəd edirəm.

 

4. Bir-birini Allah üçün sevənlərİzzət və cəlal sahibi Allah deyir:
"Mənim cəlalıma görə bir-birini sevənlər üçün nurdan minbərlər vardır. Peyğəmbərlər və şəhidlər onların bu məqamına qibtə edərlər."

 

5. Birinci salam vermək
"Bir kişi Peyğəmbərin (s.a.v) yanına gəlib "əssəlamu elykum" – dedi. Peyğəmbər (s.a.v) dedi: bu on savab qazandı. Sonra başqa biri gəldi və "əssələmu aleykum və rəhmətullah" – dedi. Peyğəmbər (s.a.v) dedi: bu isə iyirmi savab qazandı. Daha sonra isə başqası gəldi və "əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu" – dedi. Peyğəmbər (s.a.v) dedi: bu isə otuz savab qazandı."

 

6. Gözəl əxlaq
"Mömin öz gözəl əxlaqı ilə davamlı namaz qılıb oruc tutanların dərəcəsinə yüksələr." "Əxlaqı gözəl olana cənnətin ən yüksək mərtəbəsində ev vəd edirəm./ehliwie-samux.

baxılma sayı: 16