Bir şey haqda bilimli deyilsənsə susmağın daha doğru olar!

1-Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır.

2-Sükut hər növ rahatlığın açarı, dünya və axirətin asayişidir.

3-Sükut Allahın razılığına səbəb olur.

4-Sükut qiyamət günü haqq-hesabın yüngül olmasına səbəb olur.

5-Sükut xatalardan və uçurumlardan qorunmaq vasitəsidir.

6-Sükut nəfsani qüvvələri boğmaq üçün vasitədir.

7-Sükut nəfsin rahatlığı üçün vasitədir.

8-Sükut Allaha edilən ibadət və münacatlarının ləzzətini dərk etmək üçün vasitədir.

9-Sükut qəlbi sərtlikdən təmizləyir.

10-Sükut həya və təqva qazanmaq üçün vasitədir.

11-Sükut təfəkkürün, ağlın və müruvvətin artmasına səbəbdir.

12-Sükut vasitəsi ilə insan düşüncəli və gözü açıq olar.

baxılma sayı: 168