Hz Peyğəmbərin (s) hədisinə əsasən namazı tərk edəni dünya, ölüm, qəbir və axirətdə 12 müsibət gözləyir!

NAMAZI TERK EDEN HAQQINDA
Həzrəti Peyğəmbərdən (s) nəql olunur: Namazı tərk edən 12 cəzaya mübtəla olacaq: üçü bu dünyada, üçü ölən zaman, üçü qəbrdə, üçüdə qiyamət günü (axirətdə).

Bu dünyada:
1. Allah təala onun üzündən salehlik simasın silər.
2. İslamdan ona heç bir pay olmaz (müsəlman hesab olunmaz).
3. Yaxşı əməllərinin heç biri qəbul olmaz.

Ölən zaman:
1. Ac və susuz ölər.
2. Zəlil (alçaq) halda ölər.
3. Qəlbi ağrılı ölər (sıxıntı ilə əzab-əziyyətlə ölər).

Qəbrdə:
1. Qəbri onu sıxar.
2. (Qəbrdə sorğu-sual edən) Nəkir və Münkirə "Kəliməyi şəhadəti" deyə bilməz (onların suallarına cavab verə bilməz, dili tutular).
3. Allah təala "Şuca əl-Əqra" adlı ilanı onun üzərinə göndərər (ona əzab verər).


Qiyamət günü (axirətdə):
1. Məhşərə üzü qara gələr (Məhşər qiyamət günü insanların toplanacağı yerdi).
2. Üzündə bu yazı olar: "Məhşərdən Cəhənnəmə sürüklənərək aparılan".
3. Uca səslə ona deyilər: "Bu Allahın bəndələrinə fərz (vacib) etdiyi,İslamın vacibatlarını terk edenin cəzasıdır.

 

baxılma sayı: 13