Fiqhi namaz nə deməkdir?!

Doğru namaz insanın təklifdən azad olmasına gətirib çıxardar. Onun sayəsində insan axirətdə hesab verməkdən azad olur. Bu cür namazı fiqhi namaz adlandırırlar. Belə bir namaz nur saçaraq səmaya qalxar və Allah tərəfindən qəbul olunar.

 

Ancaq elə namazlar da vardır ki, mələklər onu səmaya qaldırsalar da, Allah tərəfindən qəbul olunmaz. Peyğəmbərimiz (s) buyurur: “Bəzi namazların yarısı qəbul olunar, bəzisinin üçdə biri, bəzisinin dördə biri, bəzisinin beşdə biri və bəzisinin də onda biri qəbul olunar.

Bəzi namazlar bükülmüş köhnə paltar kimi sahibinin üzünə vurular. Namaz qılan (belə) namazından bəhrə aparmaz”.

 

O namaz ki, qəlb hüzuru ilə qılınar – çox dəyərli və əhəmiyyətlidir. Bəzən elə olur ki, insanın namazda diqqəti yayılır və namazı istədiyi kimi qıla bilmir. Belə olan halda namazqılan təqibatlar edərək, azan və iqamə deyərək, əlavə zikrlər söyləyərək namazının qəbul olmasına nail ola bilər. Salavat demək də namazın qəbul olmasına yardım edən əməllərdəndir. O namaz ki, salavatla göyə qalxar – Allah Təala salavatın fəzlinə görə onu qəbul edər. (Beytutə)

 

Beləliklə deyə bilərik ki, o namaz ki, Allah tərəfindən qəbul olunar – ona fiqhi namaz deyərlər. Belə namaz insana həm dünyada və həm də axirətdə səadət nəsib edər./Deyerler.

baxılma sayı: 10