Muhəmməd və Fəth surələri oxumağın fayda və təsirləri

Muhəmməd surəsini oxumağın təsiri haqda hədis:

İmam Sadiq (ə) buyurmuşdur: “Mühəmməd” surəsini oxuyan şəxs ölənə qədər (haqqı batildən ayırmaqda) əsla şəkkə düçar olmaz. Allah ona kasıbçılıq göstərməz və heç bir sültan qorxusu ona yol tapa bilməz. Elə ki, həmin şəxs öldu Allah min mələyə onun üçün namaz qılmağı əmr edər. namazlarının savabını ona verər və mələklər onun dəfnində iştirak edərlər. Qiyamətdə də Allahın hüzurunda olar.

 

Fəth surəsini oxumağın təsiri haqda hədis: 

İmam Sadiq (ə) buyurur: Mal-dövlət, arvad, uşaq və kənizlənirinizin tələf olmasının qarşısını “Fəth” surəsini oxumaqla alın. Kim bu surəni oxusa qiyamətdə uca səslə (bu səsi qiyamətdəkilərin hamısı eşidəcək) ona deyiləcək. Sən mənim ixlaslı, pak ürəkli bəndələrimdənsən. Gəl mənim saleh bəndələrimə qoşul və Cənnətimə keç. Mələklərə xitab olunacaq ki, ona gözəl ətirli, heç kəsin əli dəyməmiş qablarda behişt sualarından içirdin. 

baxılma sayı: 233