Həyat yoldaşını incitmək namazın qəbul olmasına mane olar!

Hədislərimiz buyurur ki, həyat yoldaşını incitmək – namazın qəbul olmasına mane olan amillərdən biridir. Bu əziyyət – zülmün bir növüdür ki, zalım insan həqiqi mömin ola bilməz.

 

Məsumlarımız (ə) dəfələrlə buyururlar ki, ailə üzvləri arasında sevgi və məhəbbət olmalıdır və insanlar bir-birinə hörmət etməlidir. Həyat yoldaşına zülm etmək – ən qəbahətli əməllərdən biridir.

 

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, həyat yoldaşını incidər – onun yaxşı əməlləri Allah yanında qəbul olmaz, məgər o halda ki, ona yardım edər və ya onu razı salar. Baxmayaraq ki, bütün ömrü boyu oruc olsa belə”.

 

Həzrət Rəsuli-Əkrəm (s) səhabələrinə buyurur: “Namaz qılın, əlinizin altındakılarla yaxşı rəftar edin, qadınların məsələsində Allahdan qorxun ki, onlar sizin əlinizdə əsirdirlər”.

 

Namaz, ədalət və İlahi təqva – bu üç mühüm mövzudur ki, Həzrət Peyğəmbər (s) öz davamçılarını ona xüsusi və təkidli dəvətlər etmişdir. Əgər insanda bu üç sifət olarsa, namazı həqiqi namaz olar. Namazqılan başqalarına zülm etməkdən və haqlarını tapdalamaqdan uzaq olar. Qəlbində Allah qorxusu artar. O kəs ki, ailə üzvlərinə zülm edər, eyni zamanda namaz da qılar – belə namaz baxmayaraq ki, doğru yerinə yetirilmişdir, ancaq kamala çatmaz.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Allah beş dəstənin namazını qəbul etməz: o qul ki, sahibindən qaçmışdır, şərabxor, sələmyeyən, o kəs ki, ağvalideyn olar, o qadın ki, əri ondan razı olmaz”. (Beytutə)

 

Ona görə də deyə bilərik ki, ailədə hüzurun olmasının və insanların bir-birinə ehtiram göstərməsinin çox mühüm təsirləri vardır. O kəslər ki, namaz və ibadətlərinə əhəmiyyət verirlər, gərək ailədə olan rəftarlarına diqqət göstərsinlər. Çünki bu rəftar və əxlaqın ibadətlərinə birbaşa təsiri vardır.Deyerler.

baxılma sayı: 33