Quranla söhbət - 19 Sual və ayələrin cavabları

Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. ("Bəqərə" 2)

Sən kitabsan?
Quran: "Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir." (Ali-İmran" 138)

Kim tərəfindən nazil olunub?
Quran: "(Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy təlim) olunur." ("Nəml"6)

Nə üçün nazil oldun?
Quran: "Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir." ("Yunis" 57)

Kimə nazil oldun?
Quran: "Muhəmmədə haqq olaraq nazil oldu" ("Muhəmməd" 2)

Peyğəmbərin qarşısında üzərimizə hansı vəzifə düşür?
Quran: "Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir." ("Həşr" 7)

Mənim üçün ən gözəl nümunə kimdir?
Quran: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" ("Əhzab" 21)

Mənə Allahın əzəmətindən danış.
Quran: "Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!" ("Hədid" 3)

O haradadır?
Quran: "Siz harada olsanız belə, o sizinlədir" ("Hədid" 4)

Onu özümüz üçün necə sübuta yetirək?
Quran: "Sən Allahın rəhmətinə əsər əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirilir" ("Rum" 50)

Onunla necə danışaq?
Quran: "Mənə ibadət et və məni anmaq üçün namaz qıl" ("Ta-ha" 14)

Yaradılışdan məqsəd nədir?
Quran: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım" ("Zariyat" 56)

İbadətdən məqsəd nədir?
Quran: "Sənə yəqin (ölüm) gələnədək Rəbbinə itaət et!" ("Hicr" 99)

Şeytan kimdir?
Quran: "Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. " ("Fatir"6)

Şeytanın vəsvəsələrinin müqabilində nə etməliyəm?
Quran: "Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın" ("Fussilat" 36)

Mənim daxili düşmənim kimdir?
Quran: "Nəfs (insana) pis şeylər görməyi əmr edər" ("Yusuf" 53)

Nəfsimlə necə rəftar etməliyəm?
Quran: "Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!" ("Şəms" 9)

Hara üz tutduğumu bilmək istəyirəm.
Quran: "Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan" ("İnşiqaq" 6)

Bunun üçün yol azuqəsinə ehtiyac varmı?
Quran: "Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir)." ("Bəqərə" 197)

Təqvanın nə faydası var?
Quran: "Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər." ("Təlaq" 2-3)-İslamadogru.

baxılma sayı: 38