Atanın oğluna vəsiyyəti

Belə nəql edirlər ki, müqəddəs Məşhəd şəhərində Abbasquluxan adlı şəxs oğlu ilə bir yerə qonaq gedirmiş. Oğlunun əlində fənər irəlidə hərəkət edə-edə oğluna belə deyir;

 

Oğulcan! Vəsiyyətnaməmdə yazmışam, amma sənə də deyirəm, mən öləndən sonra karvansarayımı söküb, yerində dini mədrəsə tikdirərsən. Filan qədər də qəza namazım və orucun var. Namazımı qıldırıb, orucumu tutdurarsan. Oğlu ağıllı-kamallı başa düşən olduğundan atasına etiraz etmədən baş üstə deyir. Amma ədəblə atasına nəsihət etsin deyə fənər əlində atasından arxaya keçib irəliləyir. Atası deyir; Oğulcan, yolu işıqlandırmaq üçün fənəri irəlidə tutmaq lazımdır, sənsə arxada fənəri tutubsan, gəl keç irəli, yoxsa qaranlıqda yıxılaram.

 

Oğlu fürsətdən istifadə edib atasına belə deyir; Atacan, arxadan gələn nurun faydasının azlığın bilirsən, bəs niyə vəsiyyət edirsən, sən öləndən sonra biz mədrəsə tikdirək, vacib ibadətlərin qəzasıni yerinə yetirək?!
Bu sözlər atasına təsir edir və belə deyir; Oğulcan, mənə yaxşı nəsihət etdin. Allah səni xoşbəxt etsin. Səhəri gün atası karvansaranı dağıtdırıb mədrəsə tikintisinə və boynunda olan vacib qəzaları yerinə yetirməyə başlayır.

 


İmam Əli (ə) bu barədə belə buyurub;
"Hər günün özünə məxsus olan işin, vacib olan əməllərin həmin gün yerinə yetirin, necə ki, hər günün özünə məxsus işləri var. Hər bir işi, əməli münasib məkanda yerinə yetirin. Hər işi, əməli öz zamanında əncam verin..."
Bu sözlərdən sonra belə nəticə əldə etmək olar ki, hər şeydən əvvəl insana lazımdır ki, öz vücuduna fikir versin, özünü yaxşı tanısın, necə xəlq olduğu və bir gün xaliqin məhzərində dünyada gördüklərinin hesabını verəcəyi haqda fikirləşsin.

 

baxılma sayı: 135