Allah ilə münacat və ünsiyyətin insan ruhuna təsiri

Allah ilə münacat və ünsiyyət insanın ruhuna çox təsirlidir. Əgər bir şəxs həqiqətən Allahla əlaqə yaradarsa, dua zamanı maddi və dünyəvi məsələləri düşünməz, onlar üçün Allaha əl açmaz. Bu səbəbdən də uca dəyərlərdən faydalanar. Allahın lütfü zəruri edir ki, insan istənilən bir səbəblə Onu çağırdıqda bəndəsini naümid qaytarmasın.

 

Amma Allahın kərəm vüsəti bir məsələdir, insanın ciddi təlaşı başqa bir məsələ. Məqsəd bu deyil ki, insan öz dünyəvi istəklərinin təmini üçün Allah evinə getməsin. Məqsəd budur ki, Allahla münacat ləzzətini duyanlar heç vaxt maddi istəkləri önəmli saymasınlar.

 

Bütün bunlara baxmayaraq, əli boşda qalmış insan istənilən bir diləklə Allahı çağırmalıdır. Ehtiyacı ödəmək üçün adi vasitələr olsa da, dua zəruridir. Daha yaxşı olar ki, insan ehtiyac duyduğu andan Allaha üz tutsun və bütün başqa şeyləri səbəb saysın.

 

Ən mühüm məsələ Allahdan umacaqdan çox-çox üstün olan raz-niyazdır.
Böyük şəxsiyyətlərdən biri buyurur: "Yaxşı deyil ki, bəndə öz mövlasından yaxşı qida, gözəl libas, münasib məskən kimi maddi təminatlar istəyə.

 

Agah bəndə o şəxsdir ki, daim öz mövlasının əmrini yerinə yetirmək fikrindədir. Mövla özü bəndənin ehtiyaclarını ödəməyin, ona nəvaziş göstərməyin yolunu və qaydasını yaxşı bilir. Nəyə ehtiyaclı olduğunu Allaha bildirmək lazım deyil”. Bu qəbildən olan maddi təminatlar istəyi bəyənilməmişdir.

 

Bəndə öz fikrində olmamalı, diqqətini Mövlanın əmrinə və bu əmrin icrasına yönəltmişdir. Həqiqi bəndə Allahdan bəndəlik tövfiqi diləməli, Onun bəyəndiyi kimi olmaq üçün tövfiq əta etməsini istəməlidir. Bəli, Allahdan bu sayaq istəmək lazımdır!

Mənbə: "Rəbbin dərgahında'' kitabı

 

baxılma sayı: 96