Paxıl moğol və müsəlman qonşu

Belə nəql edirlər ki, Çingiz xan olduğu vilayətdə heyvanların başını kəsib yeməyi qadağan etmişdi. Ancaq heyvanları boğmaq vasitəsi ilə öldürüb, sonra o heyvanın ətini yeməklərinə görə fərman vermişdir.

 

Müsəlman bir şəxsin qonşuluğunda söz gəzdirən, paxıl yaltaq bir moğol yaşayırmış. Moğolun bu müsəlman qonşusuna xoşu gəlmədiyinə görə Çingiz xanın bu fərmanından sonra hər gün evinin yuxarı damından müsəlmanın evinə nəzarət etməyə başlayır.

 

O bilirdi ki, müsəlmanlar heyvanı kəsib yeyərlər. Buna görə istəyirdi, müsəlmanı heyvan kəsəndə görüb, dövlət məmurlarına xəbər versin. Namərd qonşu bir gün görür, müsəlman şəxs həyətində heyvan kəsir. Fürsəti əldən verməyib tez məmurlara heyvan kəsir.

 

Fürsəti əldən verməyib tez məmurlara xəbər verir. İnsafsız zalim polislər də bu şəxsin sözü ilə gəlib müsəlmanı həyətində əli qanlı bıçaqla Çingiz xanın hüzuruna aparırlar ki, bu şəxs öz həyətində sənin fərmanına əməl etməyib.
Çingiz xan soruşur:
Heyvanı harda kəsəndə tutdunuz?
Cavab verirlər ki, həyətində.
Xan təəccüblə soruşur:

 

Məgər siz onun həyətində idiniz?
Paxıl qonşu tez xanın bu sualına özü cavab verir ki, mən onun həyətinə tamaşa edirdim və gördüm.
Xan bir neçə dəfə təkrar sualı verir, paxıl qonşu da ürəkdən gördüyünü bəyan edir.
Çingiz xan belə deyir:

 

Eşidin və agah olun bu müsəlman şəxs mənim əmrimə itaət edib, ona görə ki, mən fərman vermişəm küçədə, bazarda heyvan başı kəsməyin. Mənim hökmüm Allahın hökmündən güclü və artıq deyildir ki, Allah təalanın nəhy olunan əmri qarşısında gizlin günah etdiklərinə görə aşkar cinayətə cəlb etmirlər. Ona görə ki, günahı açıq-aşkar etməyib. Sonra üzünü paxıl qonşuya tutub belə deyir:


Sən isə qonşunun həyətinə, evinə baxdığına görə günah iş görmüsən. Bir daha qonşu-qonşunun həyətinə xəyanət gözü ilə tamaşa etməsin və bir işin cinayətinin ağır olduğunu bəyan etmək üçün paxıl qonşunun ölümünə fərman verir ki, bir daha camaat belə iş görməsin.

Mənbə: "Hikmətli nəsihətlər'' kitabı

baxılma sayı: 164