Suyu niyə ayaq üstdə içmək olmaz?

İslam dini haqqında axtarış və təhqiqatlar aparmış insanlar, bu dinin sadəcə şəritələ kifayətlənən bir din olmadığını dəfələrlə etiraf ediblər. İslam insanın həyatının bütün sahələri üçün bir proqramla gələn bir dindir.

Əsirlər əvvəl İslam Peyğəmbəri Həzrət Muhəmməd (s) alimlərin bugün kəşf etdiyi məsələ haqqında insanlara xəbərdarlıq edərək, ayaq üstə xususilə gün batandan sonra su içməyin düzgün olmadığını və bu addım insan orqanizminə böyük ziyanı olduğunu buyurmuşdu.

Mütəxəssislər uzun sürən araşdırmalardan sonra bunun səbəbini müəyyən ediblər. Məlum olub ki, insanın ayaq üstə olarkən və oturarkən mədəsinin vəziyyəti fərqli olur. Nəticədə ayaq üstə içilən su mədə çıxışına keçərək birbaşa onikibarmaq bağırsağa keçir. Bu zaman içilən suyun orqanizmə heç bir faydası olmur. Hətta bəzən insanlar müəyyən xəstəliklərə daha çox məruz qalırlar.

Halbuki oturaraq içilən su mədədə qalır və burada turşu ilə qarışaraq mikrobları ölür, daha sonra isə onikibarmaq bağırsağa keçir.

baxılma sayı: 306