İmam Sadiq (ə) islamla imanın bağlılığı haqda hansı nöqtəyə işarə edir?!

İslam və imanla bağlı aşağıdakı iki rəvayətə diqqət yetirmək çox faydalıdır:

1. Məsumlardan: (ə) "İnsanın mö`min adı qazanmasının minimum  şərtləri hansılardır?” – deyə soruşulduqda, buyurdular: "Haqq Allahdan başqa heç bir mə`bud olmamasına şəhadət vermək, bir olan Allahdan başqa heç bir şeyə pərəstiş etməmək, Onun Rəsulunu (s) və imamları qəbul etmək.”

 

2. İmam Sadiq (ə) buyurmuşdur: "Bə`zi vaxtlar Allahın bəndələri mö`minlikdən öncə müsəlman olurlar, lakin müsəlmanlıqdan öncə mö`min ola bilmirlər. Buna əsasən, İslam imandan qabaqkı bir mərhələ və dərəcədədir. Onun (İslamın) imanla müştərək nöqtələri var. (Allah-taalanın qadağan etdiyi) Kiçik və böyük günahlara yol verənlərə iman (mö`min) yox, yalnız İslam (müsəlman) adı vermək olar. Əgər onlar tövbə etsələr, iman mərhələsinə qayıda bilərlər. Onları yalnız inkar və "istihlal”halı küfrə sövq edər. «İstihlalın» mə`nası budur ki, Allahın halalını haram, haramını isə halal bilib, buna qəlbən etiqad bəsləsinlər. Belə bir şəriatdə onlar İslamdan çıxıb, küfr vadisinə daxil olarlar.”

Beləliklə, yalnız icmali yəqin və elm həddində Allaha mə`rifəti olanlar mö`minlər zümrəsindən sayıla bilər. Qeyri-mö`minlərdə isə belə bir mə`rifət yoxdur. Onlar ya şəkk-şübhə, ya nadanlıq, ya güman, ya da hər üçünə qərq olmuşlar. Eləcə də, küfr, ikiüzlülük və şirkin yaranmasına yalnız mə`rifət və Allahı tanımaq maneələri yox, bə`zən əxlaqi və psixi amillər də öz tə`sirini göstərir.


Mənbə: "Tövhid və İlahi ədalət mövzusunda suallar və cavablar" kitabı

baxılma sayı: 108