Ayaqüstü yeməyin ziyanları

Əgər səhər və ya şam yeməyinizi ayaq üstə yeyirsinizsə, bu, təhlükəli olmasa da, insanın aclıq hissini aradan aparmaz. Ona görə də yeməkdən sonra çərəzlərə üz verər.

Yeməyi bu halda yemək - insana əlavə çəki qazandırar. Həqiqət budur ki, bu halda yemək bədənə baha başa gələr. Ona görə də həkimlər və mütəxəssislər həmişə tövsiyə edir ki, oturan halda yemək yeyək.

İnsanın yemək yemək üçün ayırdığı zaman sakit və dinc mühitdə olmalıdır. Bədənimiz stress keçirtməməlidir. Çünki stress həzm prosesinə ciddi ziyan vurar. Oturan və rahat halda yemək yesək, həzmə kömək edər və bədənimizin əlavə çəki qazanmasına imkan vermərik.

Bunu bilin ki, çərəzlər və ayaq üstə yemək yeməyiniz, tez etmək və tikəni yaxşı çeynəməmək - bədəninizə ziyan vurar. Ona görə də insanların bir çoxu köklükdən əziyyət çəkərlər.

İnsan əgər oturan halda və rahat bir mühitdə yemək yeyərsə, aclığı aradan gedər. Bu zaman insan yeməyinə diqqət edər və yediklərindən ləzzət ala bilər.

Həkimlər pəhriz saxlayan insanlara tövsiyə edir ki, iştahalarına uyğun yemək yesinlər. Yəni, nə zaman acsalar, o zaman yesinlər. Adətlərinə və ya hövsələsiz olduqları zaman yeməyin sorağına getməsinlər. Bədənin toxluq hiss etməsi üçün rahat olması lazımdır. Ona görə də ayaqüstə və tez-tələsik yemək bizi bu haldan məhrum edər.

Bunu bilin ki, sağlamlığınız yeməyinizdən asılıdır. O zaman ki, sağlam qidalanırsınız, bədəniniz sağlam olar. Eyni zaman bu yeməyi sağlam bir şəraitdə, yəni oturub, rahat halda yeməyiniz bədəniniz üçün faydalıdır.

Sağlam qalmağın başqa bir amili isə budur ki, gün ərzində üç dəfə yemək yeməyi unutmayın. Səhər yeməyiniz kamil olmalıdır. Yemək arası çərəzlərdən çəkinin.

Əgər boşqabı əlinizə alıb otağın bir başından o biri başına gedərək yemək yeyirsinizsə, həzm sisteminə böyük bir zərbə vurmuş olarsınız.

Çalışın ki, yeməyiniz üçün məyyən vaxt təyin edəsiniz. Bu gün insan məşğuliyyəti artdığı üçün yeməyə çox az vaxt ayırır. Ancaq bununla belə çalışın ki, gün ərzində müəyyən dəqiqələrinizi üç dəfə yeməyiniz üçün təyin edəsiniz. Əgər hətta işdə olsanız belə, insanların səs-küyünün az olduğu bir küncə gedin və yeməyinizi oturmuş halda yeyin. Tikələrinizi diqqətlə çeynəyin, yeməyinizdən ləzzət alın. Belə olan halda sağlam qala bilərsiniz.deyerler.

baxılma sayı: 298