Hz Peyğəmbər (s) Həşr surəsinin 7 ci ayəsinin tərcüməsində 31 tanıtdırdığı nəhy etdiyi əməllər ...

Peyğəmbərin (s) nəhy etdiyi və məkruh saydığı (bəyənmədiyi) qırx əməl
Allah-taala "Həşr” surəsinin 7-ci ayəsində buyurur: "Rəsulumuzun sizin üçün gətirdiyi hər bir şeyi qəbul edin və qadağan etdiyi bütün şeylərdən uzaq olun.”

1-Qızıl və gümüş qabda xörək yemək..
2-Heyvanı yandırmaq.
3-cinsi əlaqə zamanı üzü qibləyə olmaq.
4-Kişilərin ipək paltar geyinməsi..
5-Kişilərin qızıl üzük taxması..

6-Cadugərlərə müraciət etmək.
7-Nərd oynamaq, tar və tənbur çalmaq.
8-Qeybət etmək və ona qulaq asmaq.
9-Xəbərçilik etmək və xəbərçi edənə qulaq asmaq.
10-Günaha sövq edən məsələlər haqqında danışmaq

11-Sələm almaq və yalandan şəhadət vermək.
12-Tualetdə üzü qibləyə oturmaq.
13-Yuxunu nəql edərkən yalan danışmaq.
14-Cənabətli halda məsciddə oturmaq.
15-Qəzəblənmək və başqaları ilə əlaqəni kəsmək.

16-Təkəbbürlə yol getmək.
17-Qadının mehriyyəsi barəsində zülm etmək.
18-Şəhadəti gizləmək.
19-Qonşuya əzab-əziyyət vermək.
20-Yoxsul bir müsəlmanı təhqir etmək.

21-Naməhrəmə baxmaq.
22-Əza məclislərində qadının növhə deməsi və ona qulaq asmaq.
23-Fırıldaqçılıqla məşğul olmaq və insanları aldatmaq.
24-Həyat yoldaşına əzab-əziyyət vermək.
25-Pis işləri kiçik saymaq, nəzərə kiçik gəlsə də belə.

26-Heyvanın ayaqlarını (çubuqla) vurmaq.
27-Ev əşyalarını qonşudan əsirgəmək.
28-Meyvəni yetişməmişdən qabaq satmaq.
29-Cənabət halında yemək.
30-Hamamda misvak vurmaq.
31-Ağız və ya burun suyunu məscidə atmaq.

Mənbə: "40 mövzu, 40 həqiqət" kitabı

baxılma sayı: 168