Quran ayəsinin pak fitrətdə qoyduğu təsir

Mərhum Hacı Şeyx Əliəkbər Nəhavəndi yazır:
"Bir kişi öz oğlunu dərs oxumaq üçün məktəbə göndərmişdi. Məktəbdə həm fars dili, həm də Quran dərsi tədris olunurdu. Bir gün günorta çağı uşaq məktəbdən evə qayıtdı. Atası gördü ki, oğlunun rəngi saralıb, deyəsən qızdırması var. Ona dedi: Oğul sənə nə olubdur! Uşaq ağlaya-ağlaya cavab verdi ki, müəllim bu gün bizə aşağıdakı ayəni öyrətdi:
  "Vəttəqu yövmən yəc"əlül vildanə şəybən” Yəni qorxun o gündən ki, uşaqları qocaldır.
Ata fikrə getdi. Xülasə, uşağın qızdırması çoxaldı və dünya ilə vidalaşdı. Həddi-büluğa çatmamışdan qabaq onun cənazəsini dəfn etdilər. Atası oğlunun qəbri üstə gəlib, deyərdi: "Kaş ki, sən günahsızın yerinə mən öz napaklığımdan öləydim!”
  Yövmə təmurus-səma”u məvrən.
"Məvr” iztirab və yerindən qopmaq deməkdir. Təfsirçilərin bəzisi buyurubdur ki, məvr, dövri hərəkətdir. Yer o cür möhkəmliyi ilə parça-parça olacağı halda, görəsən zərif insan nə hala düşəcək? Qiyamətin vəziyyəti o qədər qəribə və təəccüblüdür ki, insanın gözü, heyrətdə qaldığı üçün 40 il hərəkətsiz olar. İnsan ölüm vaxtı gözünü bir yerə dikdiyi kimi Qiyamətdə də o cür olar.
  "Və təsirül cibalu səyrən”
Yəni dağlar Qiyamətdə bir-birinə dəyib darmadağın olacaq, toza dönəcəklər.
Onda Qiyamətdə nə olacaq?!
 "Fə vəylün yəvməizin lil-mükəzzibinə” "Vəyl” sözünün mənası şiddətli əzab və ya Cəhənnəmdə olan quyu deməkdir. "Lil mükəzzibin, yəni Qiyaməti inkar edənlər üçün şiddətli əzab vardır, o adamlar üçün ki, bu gün "axı kim o dünyadan gəlibdir ki, xəbər də gətirə?” deyirlər.
Həzrəti Loğman buyurur: "Bəzi insanlara təəccüb edirəm ki hər gecə-gündüz ölür, yenə də dirilir və bununla belə, Qiyaməti danır. Burada ölməkdən məqsəd yatmaqdır. İnsan yatdığı vaxt ruhun rabitəsi onun cismi ilə bir az azalır, amma yenə də ruh cisimlə əlaqədə olur.

Lakin, bəzi vaxt ruh tamamilə cisimdən ayrılır, əlaqəsi kəsilir, yəni insan yatdığı yerdə də ölür. Belə isə, Mömin yatarkən vəsiyyətnamə və kəfənini öz yanında qoymalıdır.
Əgər ölməsə yuxudan ayılsa gərək desin:  "Həmd olsun O Allaha ki, məni öldürdükdən sonra diriltdi. Yalnız ona tərəfdir dirilib qalxmaq.”


Kitabın adı: Quran və qiyamət
Müəllif: Şəhid Ayətullah Seyyid Əbülhüseyn Dəstğeyb

baxılma sayı: 92