Uşaqlar qurbanın kəsildiyini görməlidirmi?

Qurban kəsməyin imkanı yerində olanlara Allahın əmri və sevimli Peyğəmbərimizin sünnəsi, həmçinin bəndənin Allaha qarşı şükrünün və təslim olmasının ifadəsi, Allahın arzularının şəxsi istəklərdən üstün tutulmasının bir nişanı, paylanan qurban ətinin insanlar arasında sevgi və dostluğu gücləndirdiyini də söyləməyi yaddan çıxarmamalıyıq.

Yaşları 7-dən az olanlar: Görməməlidir

Bu yaşda olan uşaqlar qurban qavramını düzgün başa düşməzlər. Qurbanın kəsilməsini əziyyət kimi qəbul edə bilərlər. Bu yaş qrupu uşaqlarda kəsim müxtəlif qorxuların meydana gəlməsinə səbəb ola bilər. Ət məhsullarını yeməkdən imtina edə bilər və ya bu cür davranışı şiddət olaraq qəbul edib mənfi istiqamətdə nümunə götürə bilərlər. Buna görə də çalışmaq lazımdır ki, yaşları 7-dən az olan uşaqlar qurban kəsilməsini görməsinlər.

7-12 yaş qrupu: Qurbanın nəyə görə kəsildiyi izah edilməlidir

Bu yaş qrupunda olan uşaqlar ibadətləri, Hz.İbrahimin (ə) hekayətini başa düşsələr də qurban kəsilməsini başa düşməkdə çətinlik çəkə bilərlər. Ancaq, xüsusilə müsəlmanların çox yaşadığı bölgələrdə heyvan kəsilməsinə tez-tez rast gəlinir və bu, heç də uşaqlar üçün fövqəladə bir hal deyil. Belə bir yerdə yaşayan uşağa heyvanın kəsilməsi ziyan vermədiyi halda təkcə evdəki yeməklərdə və ya soyuducuda "ət"lə görüşən bir uşaq üçün zərər verə bilər. Buna görə də, məsələyə başqa yöndən baxmaq lazımdır. Şərtlər nəzərə alınmalıdır və bu yaşda uşaqların gözü qarşısında qurbanlıq heyvanın kəsilməməsi daha məqsədəuyğun sayılır. Əgər qurbanın kəsildiyini görübsə və ya görə biləcəksə, qətiyyən heyvanın əziyyət çəkmədiyini, əksinə ibadət məqsədilə kəsildiyi üçün daha rahat olduğu kimi məsələlər uşağa başa salınmalıdır.

Yetkinlik dövrü: Görməsində heç bir qəbahət yoxdur

Yetkinlik dövrünə qədəm qoyan uşaqlar qurbanın kəsilməsinin dini bir ibadət olduğunu, bundan sonrakı sosial yardımlaşmanı və heyvanın kəsilməsinin məqsədini daha yaxşı başa düşə bilərlər. Həmçinin hər yetkinlik dövrünə təzə başlayan uşaqların fizioloji quruluşu da nəzərə alınmalıdır. Məsələn, daha incə quruluşa malik olan bir uşağın heyvanın kəsilməsini görməsi ona mənfi təsir edə bilər. Qısası, heyvanın kəsilməsinə hər mənada zərər görməyəcəyi qəbul edilən yetkinlik dövründəki uşaqlar və daha yaşlı insanlar şahid ola bilərlər.

baxılma sayı: 281