Peyğəmbərimiz (s) yuxudan duranda, bu surələri tilavət edirdi!

Həzrət Peyğəmbər (s) Quran oxumağa xüsusi əhəmiyyət verərdi. Hansı halda olursa-olsun, Quran oxumağı heç bir zaman təxirə salmazdı.

İmam Əli (ə) buyurur: “Allahın Rəsulunu (s) heç bir məsələ Quran oxumaqdan saxlaya bilməzdi”.

Əbul Fətuh nəql edir: “Allahın Peyğəmbəri (s) yataqdan qalxmazdı, məgər o halda ki, musəbbihatı tilavət edər və buyurardı: “Bu bir neçə surədə elə bir ayə vardır ki, fəziləti min ayədən daha üstündür”.

Soruşurlar ki, musəbbihat hansı surələrdir?

Buyurur: ““Hədid”, “Həşr”, “Səff”, “Cümə” və “Təğabun””.

 

Cabir nəql edir ki, Peyğəmbər (s) heç vaxt yatmazdı, məgər təbaruk və əlif, lam, mim tənzil surələrini oxuyardı.

İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) “Əla” surəsini sevərdi. İlk kəs ki, “Sübhənə Rəbbikə Əla” demişdir, Mikayil (ə) olmuşdur”.

 

İbni Məsud nəql edir ki, Peyğəmbər (s) mənə əmr etdi ki, bir qədər Quran oxuyum. Mən də “Yunus” surəsindən bir neçə ayəni qiraət etdim.

Elə ki, bu surənin 30-cu ayəsinə çatdım ki, deyilirdi: “Hər bir kəs (dünyada) qabağa göndərdiyi əməli həmin gün və orada yoxlayacaqdır (onun dəyərinin və əvəzinin miqdarından xəbərdar olacaqdır) və hamı Allaha – özünün həqiqi mövla və başçısına tərəf qaytarılacaqdır”.  Gördüm ki, iki mübarək gözündə yaş yumurlanmağa başladı”.

Allah Təala bizləri Quran tilavətindən ayrı salmasın!/Deyerler.

baxılma sayı: 104