Axirət əhli olmaq üçün Loğman Həkimin 2 tövsiyəsi

Loğman oğluna deyir: “Oğlum! Dünyada iki şeyə riayət et ki, axirət əhlindən olasan:

1. Yaxşı yoldaş tap ki, səni axirət əhlindən etsin. Çünki əgər şər yoldaş tapsan, onunla əyləşmək səni cəhənnəm əhlindən edəcəkdir.

2. Dünyada sənə çatana qənaət et ki, sağlam yaşayasan”.
 
Qiyamət günü olan zaman bir dəstə deyəcəkdir: “«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım»”. (“Furqan” 28).

İnsanın nəfsinə bir çox şeylərin təsiri vardır. Onlardan biri də insanın yoldaş olduğu insanlardır. İnsan istəsə də, isməsə də təsir qəbul edəndir. Fikirlərinin əksər hissəsini yoldaşları tərəfindən əldə edər. Bi mövzu həm elmi, həm təcrübə yolu isə isbat edilmişdir.


Həqiqi dost necə olmalıdır?

Həqiqi dostda gərək bu sifətlər olsun: Allaha və Qiyamətə iman, saleh əməl, dini mərifət və agahlıq, ixlas, mehribanlıq, vüqar və hüzur, ürəkyanımlıq, ədəb və mətanət, səfa və səmimiyyət, doğruluq, əfv və güzəşt...

Hər kimdə bu sifətlər olarsa, onunla dost olmaq insana həqiqətən də ancaq xeyir və bərəkət gətirər və onu günahdan uzaq saxlayar.

Loğmanın oğluna tövsiyə etdiyi ikinci nöqtə – qənaət mövzusudur. Loğman buyurur ki, dünyada hər nə sənə çatıbdırsa və ya əldə etmisənsə, ona qənaət et və onu boş yerə israf etmə.

Qənaətin əhəmiyyəti o qədər böyükdür ki, İmam Səccad (ə) buyurur: “Ən üstün əməl odur ki, insan əlində olana qane olsun”.

Qənaət ən üstün – fəzilətli sifətlərdəndir. Əgər qənaət olmazsa, insan günaha düçar olar. Heç bir şeyə qane olmayan insanın qəlbində həmişə qəm və qüssə olar. Öz-özünə deyər ki, niyə mən filan malı əldə edə bilmədim. Çünki əlində olana qane deyildir, gözü daha çox mal toplamaqdadır. Hər kim qane olar – qəlb hüzuruna malik olar və həmişə Allaha ona verdiklərinə görə şükür edər.  Allah Təala bizləri həqiqi dosta malik olanlardan qərar versin! /Deyerler.

baxılma sayı: 70