Polisin rüşvət pulu ilə qusl aldığını bilən Alim!!

Bir polis Bir gün iş rejiminə görə axşam saat 12-dən səhər saat səkkizə qədər Qumun "İrəm” xiyabanında postda durmalı idim. Həmin gecə boynuma qüsul gəlmişdi və hamama getməli idim, amma hamam üçün verməyə pulum yox idi. Təqribən gecə saat ikiyə yaxın İsfəhandan müsafir avtobusu gəlib hərəmin qarşısında saxladı ki, müsafirləri endirsin.


Mən yaxınlaşıb sürücüyə dedim:
Maşını burda niyə saxlamısınız? Sürücü vəsiqənizi göstərin. Sürücü bir beş tümənlik ovcuma basıb üzürxahlıq elədi. Mən də ona tez çıxıb getməsinə göstəriş verib öz-özümə dedim:
"Hamam pulu da düzəldi.”
Gözlədim ki, səhərə yaxın hamam açılsın, gedib qüsul alıb namaz qılam.
Hərəmin qapısı hələ açılmamışdı ki, gördüm Ayətullah Mərəşi necefi həmişəki kimi hərəmə tərəf gedir. Amma həmin gecə yolunu dəyişib xiyabanın bu tərəfinə keçdi və mənim yanıma gəldi.


Çatan kimi salam verib dedi:
"İrəli gəl!” Qabağa getdim. Beş tümən mənə uzadıb dedi:
Bu pulla get qüsul al, o pul qüsul almağa yaramaz. Dedim:
Göz üstə! O gecəki hadisədən sonra bu qərara gəldim ki, polis idarəsindən çıxıb azad bir işlə məşğul olum. Belə də oldu... İndi əlhəmdülillah vəziyyətim çox yaxşıdır.

 

baxılma sayı: 74