İslam maarifində "Fəqirlik" haqqında nələr buyurulmuşdur?!

Ey fəqir, fəqir olduğuna görə qəm etmə! Fəqirlik möminin zinətidir və at yüyəninin zinətindən yaxşıdır. Bütün insanlar Cənnət arzusunda olduğu kimi, Cənnət də fəqirləri arzulayır.("Biharul-Ənvar" c.72, səh.48)
Fəqir qəlbin asudə olması ilə kifayətlənir. Belə ki, Rəsulullah (s) buyurub:
"Fəqirlik mənin fəxrimdir" ("Camiul-əxbar" Səzəvari, səh.302)
"Ey Rəbbim, məni miskin yaşat, miskin öldür və miskinlər sırasında həşr et" ("Mişkatul-ənvar" Təbərsi, səh.133)
Rəvayətdə deyilir:
 

  "Ailəsinin ruzisi üçün çalışan kəs Allah yolunda cihad edən şəxs kimidir. Dünyadan halal ruzi tələb edən şəxs şəhidlər dərəcəsindədir" ("Muhəccətul-beyza" c.3, "Camius-səadət", c.2, səh.19, "Əxlaq" səh.211)
İmam Sadiq (ə)-dan nəql edilən rəvayətdə buyurulur:
 
    "Qardaş qardaşı üzülrü hesab etdiyi kimi, Allah da bu dünyada daim ehtiyac içində olan mömini üzürlü hesab edər. Allah möminə buyurar: "Ey mömin bəndəm, səni bu dünyadan məhrum etməyimin səbəbini görmək istəyirsənsə, gözündəki pərdəni qaldır və əvəzinə tamaşa et!" Mömin gözündəki pərdəni qaldırar və deyər:" Mənə zərər verəni mənə qadağan etdin, əvəzində isə gözəl bir nemət verdin" ("Biharul-ənvar" c.72, səh.25)


  İmam Əmirəl-möminin Əli (ə)-dan nəql edilən rəvayətdə buyurur:
"Şahlar dünyadan, fəqirlər isə axirətdən razı qalarlar" ("Ğurarul-hikəm" 366-8243-cü hədislər, "camius-səadət" c.2, səh.83)

Mənbə:"Əxlaq elmindən 50 dərs"
Müəllif:"Şeyx Abbas Qummi"

baxılma sayı: 67