Qonşu borc istədikdə, ya kibrit, duz istədikdə, vermək lazımdırmı?!

Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrayil (ə) davamlı olaraq mənə qonşu haqqına riayət etməyi tövsiyə edir və o həddə ki, güman etdim ki, qonşu üçün miras qərar verəcəyəm”.

Həzrət Peyğəmbərdən (s) soruşurlar: “Malda, zəkatdan başqa haqq vardırmı?”.

Buyurur: “Bəli. Sənə pislik edən qohumlarına yaxşılıq və ehsan etmək, müsəlman qonşuya ehsan etmək. Şübhəsiz o kəs ki, gecəni tox yatar və müsəlman qonşusu ac olar – mənə iman gətirməmişdir”.

İmam Sadiq (ə) buyurur: “Qonşulara duz və atəşi əsirgəmək caiz deyildir”.

İmam Sadiq (ə) buyurur: “Maddi hüquqlardan biri maun haqqıdır. Allah onun barəsində cəhənnəmlə hədələmişdir. O, qonşuya verdiyin borcdur, ya onlara etdiyin yaxşılıqdır, ya onların ev zərurətlərini kirayə verməyindir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qonşularına maunu əsirgəyərsə, Allah Təala xeyir və ehsanını ona əsirgəyər. Onu öz halına buraxar. O kəsi ki, Allah öz başına buraxar – vay onun halına”.

İmam Sadiq (ə) buyurur: “Qonşularınıza bir parça çörək və həmçinin atəş yandırmaq vasitəsi verməkdən çəkinməyin ki, bu əməl ev əhlinə ruzinin artmasına bais olar və həmçinin məkarim əxlaqdandır”.  

Həzrət İmam Sadiq (ə) buyurur: “Hər tərəfdən 40 ev – qonşudur”./Deyerler.

baxılma sayı: 86