Dini məsələlərdə Axtarış etmədən dini yaşamaq məzəmmətmi olunmuşdur?!

Məzəmmətli təqlid:

Təqlid - fiqhi məsələlərdə cahilin alimdən təqlid etməsi kimi - bir çox yerlərdə bəyənilən olmasına baxmayaraq, bəzi yerlərdə düzgün hesab edilmir və əqli və dini baxımdan məzəmmət olunmuşdur. Məsələn, cahilin cahildən təqlid etməsi, alimin öz tədqiqatlarının nəticəsinin əksinə olsa belə digər alimdən təqlid etməsi və s.

Elə buna görə də Qurani-kərim buyurur:
"Onlara: "Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!" - deyildiyi zaman: "Atalarımızın getdiyi yol bizə yetər", - deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!"


"(Ya Rəsulum!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan böyükləri (varlıları) sadəcə olaraq: "Biz atalarımızı bir din üzərində gördük və biz də (təqlidlə) onların ardınca getməkdəyik!" - dedilər".


Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: "Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!" - deyəcəklər. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onlara ikiqat əzab ver,


Peyğəmbər (s) buyurmuşdur: "Xalq yaxşı iş görərsə, biz də görəcəyik, xalq zülm edəcəksə, biz də edəcəyik - deyən ümmətlərdən olmayın! Amma daim hazır olun ki, xalq yaxşı iş gördükdə siz də görün! Pis iş gördükdə isə görməyin"./Mənbə: "Füruği-vilayət (1)" kitabı

baxılma sayı: 21