"Uca Allah ət olan evə və yağlı ətə nifrət edir" Hədisini necə başa düşək?!

 

  Hüseyn ibn Xalid Əli ibn Musa deyir ki, İmam Rzanın (ə) atası İmam Kazım (ə) istinadən, İmam Cəfər Sadiqdən (ə) belə buyurduğunu nəql edir:

"Həqiqətən uca Allah ət olan evə və yağlı ətə nifrət edir”.

Səhabələrdən biri dedi: "Ey Peyğəmbər övladı, biz ət yemeyi xoşlayırıq və bizim evlərimizdə ətsiz yemək olmur. Bunu necə başa düşək?”

Həzrət İmam Sadiq (ə) buyurdu:

Sizin fikirləşdiyiniz kimi deyildir. <<Ət olan ev>> o evdir ki, orada camaatın ətini onların qeybətini etməklə yeyərlər. <<Yağlı ət>> isə yer üzündə dikbaş və təkəbbürlə gəzən insanın rəmzidir.

Kitabın adı: Hidayət güzgüsü - Müəllif: Ayətüllahül-Üzma Əbdüllah Mamaqani

baxılma sayı: 71