Allah Taala (c.c) Hz Musaya (ə) qövmü üçün ev tikilişində hansı məsələni əmr etdi?!

Evlər qibləyə tərəf tikilməlidir

Rəhman və Rəhim olan Alllah insanlara əcr və savab bəxş etmək üçün, demək olar, bir bəhanə axtarır. Belə ki, biz niyyətimizi saflaşıdırmaqla gündəlik əməllərimzidə Tanrının razılığını qazana bilərik. Məsələn, "islam təmizliyi sevir” düsturuna əsasən paltarlarımızı yumağımız və ya qüvvət əldə edib, yaxşı işlər görmək üçün bütün yeyib, içdiklərimiz ibadət sayıla bilər. Belə əməllərdən biri də evlərin qibləyə tərəf tikilməsidir. Çünki, namaz qılındığı zaman insan üzü qibləyə tərəf dayandığı üçün, evlərin də qibləyə tərəf tikilməsi böyük əhəmiyyətə malikdir.

 

Allah Qurani-kərimdə buyurur:
وَأَوْحَيْنَا إِلَى مُوسَى وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوْمِكُمَا بِمِصْرَ بُيُوتًا وَاجْعَلُواْ بُيُوتَكُمْ قِبْلَةً وَأَقِيمُواْ الصّلوةَ وَبَشِّرِ الْمُؤْمِنِينَ
"Musaya və qardaşına: "Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın və mö’minləri (zəfərlə, Cənnətlə) müjdələyin!" - deyə vəhy etdik”("Yunus”, 87.).
Çalışaq hər bir işi Onun göstərişinə əsasən həyata keçirərək zəfər və cənnətlə müjdələnək.

baxılma sayı: 102