“Məbəs” bayramı gecəsinin əməlləri nələrdir?!

   Bu axşam 2021/03/10 mart şam azanı zamanı(gün batdıqdan sonra) hicri-qəməri tarixi ilə Rəcəb ayının 27-i daxil olur.

Rəcəb ayının 27-sinə təsadüf edən "Məbəs" bayramı – Həzrət Muhəmmədin (s) peyğəmbərliyə seçildiyi gündür.

Məbəs gecəsi ilin ən fəzilətli gecələrindən, günü isə - ən fəzilətli günlərindəndir.

Məbəs gecəsinin əməlləri:

Bu gecənin müstəhəbb əmllərindən biri qüsl almaqdır.

Şeyx Tusi "Misbah" kitabında İmam Cavadın (ə) belə buyurduğu nəql edir: "Rəcəb ayında elə bir gecə var ki, həmin gecə Günəşin üzərinə saçdığı bütün yaranmışlardan daha xeeyirlidir və o, Rəcəb ayının 27-ci gecəsidir.

Həzrəti Məhəmməd Peyğəmbər (s) məhz bu gecənin səhəri peyğəmbərliklə vəzifələndirilib. Həqiqətən bu gecənin savabı bizim şiələr üçün altmış ilin savabına bərabərdir".

O Həzrətdən soruşdular: "O gecədə hansı əməlləri yerinə yetirmək yaxşıdır?" Həzrət buyurdu: "İşa namazını qıldıqdan sonra yatırsan. Gecənin ortasında nə vaxt istəsən ayağa qalxıb on iki rükət namaz qılırsan. Hər rükətdə "Həmd" surəsindən sonra axırda olan kiçik surələrdən (Mərhum Şeyx Qummi bunu "Muhəmməd" surəsindən sonra axıra qədər olan surələr kimi açıqlayıb) birini oxuyursan. Salam verdikdən sonra oturub, hər iki rükətin sonunda yeddi dəfə "Həmd", "Fələq", "Nas", "İxlas", "Kafirun", "Qədr" surələrini və "Ayətəl-kürsi"ni oxumaq lazımdır.

Bunların ardınca oxuduqdan sonra isə, aşağıdakı duanı oxumaq tövsiyə olunub:

Əlhəmdulilləhiləzi ləm yəttəxiz vələda, vələm yəkunləhu şərikun fil mulki, vələm yəkunləhu vəliyyun minəzzulli və kəbbirhu təkbira. Allahummə inni əs'əlukə bimə aqidi izzikə əla ərkəni ərşikə və muntəhər rəhməti min kitabikə və bismikəl ə'əzəmil ə'zəm, əl əzəm və zikrikəl ə'ələl ə'ələl ə'əla və bikəlimətikət təmməti, tusəlliyə əla Muhəmmədin və alihi və ən təf'əla bi ma əntə əhluh.

ألْحَمْدُ لِلّهِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً وَلَمْ یَکُنْ لَهُ شَریکٌ فى الْمُلْکِ وَلَمْ یَکُنْ لَهُ وَلِىُّ مِنَ الذُّلِّ وَکَبِّرْهُ تَکْبیراً اَللّهُمَّ اِنّى اَسئَلُکَ بِمَعاقِدِ عِزِّکَعَلَى اَرْکانِ عَرْشِکَ وَمُنْتَهَى الرَّحْمَةِ مِنْ کِتابِکَ وَبِاسْمِکَ الاْعْظَمِ الاْعْظَمِ، الاْعْظَمِ وَذِکْرِکَ الاْعْلىَ الاْعْلىَ الاْعْلى وَبِکَلِماتِکَ التّامّاتِاَت تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَآلِهِ وَاَنْ تَفْعَلَ بى ما اَنْتَ اَهْلُهُ

3. Bu gecəninən ən fəzilətli əməllərindən biri də Həzrət Əlinin (ə) ziyarətidir./http://ahlibeyt.az

baxılma sayı: 58