Uşaqların zəkalı olması üçün bunlara əməl edin

Uşağın daha bilikli olması üçün sağlamlıqla bərabər intellektual səviyyənin inkişafına ciddi fikir vermək lazımdır. Türkiyənin Memorial Ataşehir Xəstəxanasından Psk. Özge Merve uşaqların bilikli olması üçün bəzi məsələlərə toxunub. Onun müsahibəsindən aydın olur ki, uşağın müvəffəqiyyətili olması üçün iştirak etdiyi dərslərin iş mühiti daha önəmlidir.

Onu da qeyd etmək lazımdır ki, bu cür həssas məsələlərdə düzgün qida rasionuna əməl olunmalıdır. Uşaqlarda vitamin əskikliyi beyin inkişafına mənfi təsir göstərir və zəkanı zəiflədir.

Bəzi araşdırmalar, qeyri-kafi qidalanan uşaqların xəstəliklərə daha tez tutulduqlarını, intellektual müvəffəqiyyəti mövzusunda yoldaşlarından geridə qaldıqlarını göstərir. Uşağın ağıllı olması üçün gündəlik qidalanmasına daha çox diqqət yetirin.

Kitab oxumaq isə zehni bacarıqları artırar, uşağı iti bir zəkaya yönəldər. İnsan hansı orqanını işlədirsə o orqan qüvvətlənir. Basketbol oynayan boyu uzanar və s. Kitab oxuyanın da beyni inkişaf edər, hər şeyi daha tez qavrayar. Uşaqlarınızı kitabxanaya üzv edərək, düzgün kitablar oxuduğunda onları tərifləyərək oxuma mövzusunda təşviq edə bilərsiniz.

Edilən bəzi təcrübələr göstərir ki, nahar etmək yaddaşı, diqqətcil olmanı və öyrənməni inkişaf etdirir. Nahar etməyən uşaq nahar edənlərə nəzərən daha aqressiv, əsəbi və daha yavaş hərəkət edən fərdlər olurlar. Uşağın ağıllı olması üçün, səhər yeməyini əksik etməyin.

İdman etmək, məktəbdəki müvəffəqiyyət arasında güclü bir bağ olduğunu göstərir. Uşağınızı şübhəsiz kiçik yaşdan etibarən idmana istiqamətləndirin.

İdman etmək onu pis vərdişlərdən qoruyacaq, və düşünmə qabiliyyətini artıracaqdır.Med.az

baxılma sayı: 311