
Məbəs gününün əməlləri
Məbəs bayramı ən böyük bayramlardan biridir. Həzrət Muhəmmədin (s) peyğəmbərliyə yetişdiyi gündür. Bu günün bir neçə tövsiyə olunmuş əməlləri var. Və onları siz dəyərli oxucuların diqqətinə çatdırırıq:
- Qüsl almaq.
- Oruc tutmaq. Bu günün orucu ildə ən savablı dörd gündən biridir.
İmam Sadiqdən (ə) nəql olunur ki, kim Rəcəb ayının 27-ci günü oruc tutsa, Allah onun üçün 70 ilin orucunu yazar.
- Peyğəmbər və Əhlibeytə(ə) çox salavat göndərmək. İmam Sadiq (ə) bu günü oruc tutmaq və Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) çoxlu salavat göndərməyi tövsiyə edib.
- Rəsulullahı (s.a.a.) və Hz. Əli (ə) ziyarət etmək.
Şeyx Tusi Hüseyn bin Ruhdan nəql edir ki, bu gündə on iki rükət (hər iki rəkətdən bir salamları vermək lazımdır) namaz qılırsan. Hər rükətdə "Həmd"lə asan olan surələrdən birini oxunulur. Təşəhhüdlə salamları hər iki rükətdən bir verdikdən sonra bu duanı oxunulur:
اَلْحَمْدُ للهِِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً، وَ لَمْ یَکُنْ لَهُ شَریکٌ فى الْمُلْکِ، وَ لَمْ
یَکُنْ لَهُ وَلِىٌّ مِنَ الذُّلِّ، وَکَبِّرْهُ تَکْبیراً، یا عُدَّتى فى مُدَّتى، یا صاحِبى فى
شِدَّتى، یا وَلیّى فى نِعْمَتى،یا غِیاثى فى رَغْبَتى،یا نَجاحى فى حاجَتى،
یاحافِظى فى غَیْبَتى،یاکافِىَّ (کافِىَ) فى وَحْدَتى،یااُنْسى فى وَحْشَتى،
اَنْتَ السّاتِرُ عَوْرَتى فَلَکَ الْحَمْدُ، وَ اَنْتَ الْمُقیلُ عَثْرَتى فَلَکَ الْحَمْدُ،
وَاَنْتَ الْمُنْعِشُ صَرْعَتى فَلَکَ الْحَمْدُ،صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد،وَاسْتُرْ
عَوْرَتى، وَ آمِنْ رَوْعَتى، وَ اَقِلْنى عَثْرَتى، وَ اصْفَحْ عَنْ جُرْمى، وَتَجاوَزْ
عَنْ سَیِّئاتى فى اَصْحابِ الْجَنَّةِ، وَعْدَ الصِّدْقِ الَّذى کانُوا یُوعَدُونَ
Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələda və ləm yəkun ləhu ؛ərikun fil mulk,
və ləm yəkun ləhu vəliyyun minəz zull, və kəbbirhu təkbira,
ya uddəti fi muddəti ya sahibi fi iddəti, ya vəliyyi fi ni'məti ya ğiyasi fi rəğbəti,
ya nəcahi fi hacəti ya hafizi fi ğəybəti, ya kafiyə fi vəhdəti, ya unsi fi vəhəti,
əntəs satiru əvrəti, fələkəl həmdu və əntəl muqilu əsrəti, fələkəl həmdu
və əntəl mun'iu sər'əti, fələkəl həmdu, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəstur
əvrəti və amin rəv'əti, və əqilni əsrəti, vəsfəh ən curmi və təcavəz
ən səyyiati fi əshabil cənnəh, və'dəs sidqilləzi kanu yuədun.
Namaz və duanı qurtardıqdan sonra "Həmd", "İxlas", "Fələq", "Nas", "Kafirun", "Qədr", "Ayətəl-kürsi"ni yeddi dəfə, "La ilahə illəllahu vəllahu əkbəru və subhanəllahi və la həvlə və la quvvətə illa billah" zikrini yeddi dəfə, "Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a" zikrini yeddi dəfə oxuduqdan sonra istədiyin hacəti diləyirsən.
Məbəs gecəsinin və gününün əməlləri barədə daha müfəssəl şəkildə Şeyx Abbas Qummunin “Məfatihul-Cinan” kitabından məlumat əldə edə bilərsiz./http://ahlibeyt.az