Söyüş söyməyin dünya və axirət ziyanları nələrdir?!

Söyüş söymək, pis sözlər danışmaq, insanları acılamaq – fasid, aciz, gücsüz və məntiqsiz insanların sifətlərindəndir.

Söyüş söyməyin dünya və axirət ziyanları vardır ki, onlarla tanış olaq:

1. Behişt ona haram olar. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, Allah abırsız söyüş söyənə ki, nə dediyindən və ona nə deyildiyin qorxusu olmaz – behişti haram etmişdir”.

2. Bərəkəti aradan gedər. İmam Sadiq (ə) buyurur: “Hər kəs mömin qardaşına söyüş söyərsə, Allah ruzisindəki bərəkəti aradan qaldırar, onu öz halına buraxar”./Deyerler.

baxılma sayı: 51