Zariyat surəsini oxumağın faydaları haqda hədislər

“Zariyat” surəsi Quranın 51-ci surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 60 ayəsi vardır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Zariyat” surəsini oxuyarsa, dünyada əsən küləklərin on bərabəri qədər ona həsənə verilər”. (Tebyan)

İmam Sadiq (ə) buyurur: “Hər kim “Zariyat” surəsini oxuyarsa, parlayan çıraq kimi qəbirdə nurlu olmasına səbəb olar”.

Həzrət Sadiq (ə) başqa yerdə buyurur:“Hər kim “Zariyat” surəsini oxuyarsa, Allah məişət işlərini islah edər və ona çoxlu ruzi əta edər”.

İmam Sadiq (ə) buyurur: “Əgər bu surəni yataqda olan xəstə üçün yazsalar, Allah ciddi şəkildə ona asanlıq edər”.

Hər kim bu surənin 49-cu ayəsini yazar və ərə getməmiş qızın boynundan asarsa, Allahın lütfü ilə tezliklə ərə gedər.

baxılma sayı: 434