İslam maarifində gələn 20 haqq

1-Allahın haqqı: Ona ixlasla ibadət etmək.
2-Nəfəs çəkməyin haqqı: Allaha itaət etməkdir,
3-Qulağın haqqı: Qeybət eşitməmək və hikmətli sözlərə qulaq asmaq,

4-Dilin haqqı: Haram sözlər deməkdən çəkinərək ilahi kəlamları oxumaq,

 

5-Gözün haqqı: Naməhrəm və harama baxmamaq,
6-Əlin haqqı: Başqalarının malına sahib çıxmamaq,

7-Ayağın haqqı: batil yolda addımlamamaq,

8-Qarının haqqı: haram və yetimin malını yeməmək.

9-Həyanın haqqı: Onu zinadan qorumaq,
10-Namazın haqqı: Onu hüzuri-qəlblə (diqqətlə) qılmaq,

11-Həccin haqqı: Günahlardan Allaha pənah aparmaq məqsədi ilə yerinə yetirmək.
12-Orucun haqqı: İnsanın bədən üzvlərini də həddini aşmaqdan qoruması,

 

13-Sədəqənin haqqı: Allahdan kasıbına çatdırılacaq əmanət kimi dəyərləndirmək,

14-Qurbanlığın haqqı: onu ehtiyaclılara paylamaq,

15-Müəllimin haqqı: Onun hörmətini qorumağa çalışmaq.
16-Nəzarət altında yaşayanların haqqı: Onlarla ədalət və insafla davranmağa çalışmaq,

 

17-Şagirdin haqqı: Onlarla mülayim rəftarla yanaşı elm öyrətməkdə bəxil olmamaq,

18-Arvadın haqqı: Onun Allah tərəfindən bir nemət və əmanət olduğunu bilmək,

19-Ananın haqqı: Onun dünyada sənin üçün ən çox əziyyət çəkdiyinə inanmaq,

20-Atanın haqqı: Onun duası yolların açılma və nifrini bədbəxtlik səbəbi olaraq qəbullanmaq. 

baxılma sayı: 335