İslamda müsəlmana əməli vacib olan iyirmi haqlar

İslam dinində müsəlman şəxsin əməl etməsi vacib edilən iyirmi haqlar:

1-Övladın haqqı: Onun düzgün tərbiyə olunması və ibadətə meyillənməsi üçün kömək etmək.

2-Qardaşın haqqı: Qüdrətin olduğunu düşünərək ona kömək etməyə çalışmaq,

3-Sənə yaxşılıq edən şəxsin haqqı: Onun ehtiyacı olduğu zaman köməyini əsirgəməmək,

4-Azançının haqqı: İbadətə çatdığı üçün minnətdarlıq göstərmək,

5-Namazda axund və imanın haqqı: Onun hörmətini qoruyub, izzətini artırmağa çalışmaq,

 

6-Məclisdəki həmsöhbətlərin haqqı: Onların dəyərli olduqlarını göstərməyə çalışmaq,
7-Qonşunun haqqı: Hörmətini, namusunu və varını qorumağa çalışmaq,

8-Dostun haqqı: Onunla insafla rəftar edib günahdan çəkindirmyə çalışçmaq,

9-Malın haqqı: Halal yolla qazanıb xeyir işlərdə işlədib, ehsan etməyə çalışmaq,
10-Borc aldığın şəxsin haqqı: Xoş dillə razılığını cəlb et.

11-Şərikin haqqı: Onu aldatmamaq,
12-İddiaçı şəxsin haqqı: haqqıdırsa kömək etmək və nahaqdırsa mülayim nəsihət etmək,

13-Məsləhətçinin haqqı: Onun sözünü kəsməmək

14-Nəsihətə qulaq asanın haqqı:  mülayimliklə danışmaq, təhqirdən uzaq durmağa çalışmaq,

15-Böyüklərin haqqı: Onlardan önə keçməmək və eləcə də nadanlıqda ittiham etməmək,

 

16-Kiçiklərin haqqı: Məhəbbət göstərib səhvini bağışlamağa çalışmaq,

17-Xahiş edən şəxsin haqqı: Hacətinə müsbət cavab verməkdir.
18-Xahiş olunan şəxsin haqqı: kömək etsə minnətdarlıq edib, aciz olan halda üzrxahlıq etməyə çalışmaq,

19-Allaha xatir səni sevindirən şəxsin haqqı: Allaha və ona təşəkkür et.
20-Sənə pislik edən şəxsin haqqı: Onu bağışlamaq və əks təqdirdə zülm etmədən qisas almaq. 

baxılma sayı: 283