Möminliyin zirvəsi bu 20 sifətlə tamamlanar!

Həzrət Peyğəmbər (s) buyurur: “Mömində gərək 20 sifət olsun və hər kimdə hamısı olmasa imanı kamil olmaz:

- namaz cərgəsində hazır olar;

- zəkatı verən zaman tələsər;

- yoxsullara yemək verər;

- yetimin başına lütf əlini çəkər;

- dırnaqlarını pakizə edər;

- kəmərini bağlayar;

- əgər hədis danışarsa, yalan deməz;

- əgər vədə verərsə, vəfa edər;

- əmanət qouyalarsa, xəyanət etməz;

- danışarsa, düz danışar;

- gecəni Allahpərəst olar;

- gündüzü döyüş insanı olar;

- gündüzü oruc olar;

- gecəni oyaq qalar və ibadət edər;

- qonşusunu incitməz;

- qonşusu ondan əziyyət görməz;

- yer üzündə sakit yeriyər;

- məscidə tərəf addım atar;

- dul qadınlara (yardım üçün onların) evinə gedər;

- qəbiristanlığı ziyarət edər.

baxılma sayı: 300